Keçid linkləri

Təcili xəbərlər

Daha nə dərdin? (Vaqifə ağı)


Vaqif İbrahimoğlu
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

Vaqif İbrahimoğlu Azərbaycan teatrının indiki vəziyyəti haqqında

Kişilər bir olmur atam balası,-
Qorxağı var,
İgidi var.
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var… (Ramiz Rövşən)

Həmin gün- mayın o nəhs günündə Aktyor Evində Vaqif İbrahimoğlunun son yolçuluğunda neçə-neçə qara paltarlı gözəl qadınlar vardı.

Onlar səs- səsə verib hönkürürdülər…

Adətən, yas yerlərində ağlamaqdan qorxan, çəkinən, olduğu kimi görünməkdən xoflanan şəhər qadınları ilk dəfəydi ki, belə komplekssiz idilər.

Hər kəs özüydü.

Heç kəs olduğu kimi görünməkdən çəkinmirdi.

Görəsən, o böyük şairin belə qorxa-qorxa dilinə gətirdiyi ümidini- bir qara paltarlı gözəl qadının onun qəbri üstündə ağlamasını o böyük sənətkar istərdimi?

Görəsən, dilərdimi,?

Görəsən, ürəyindən keçirərdimi?

Heyhat! Bunu heç vaxt bilə bilməyəcəyik.

Ancaq görünən o idi ki, bu nəhs may günündə Aktyor Evinə toplaşan qara paltarlı qadınlar Vaqif İbrahimoğlunu lap öz tamaşasındakı kimi yuğlayırdılar…

Bir-birinə sarılıb ağlayırdılar.

Hər zaman dostlara, ən çox da qadınlara xüsusi diqqəti ilə seçilən Vaqifsə heç kəsi vecinə almadan, ölümündən xəbərsiz, bir az da amansızcasına tələbələrinin, şagirdlərinin, dostlarının çiynində əbədi yolçuluğa yollanırdı…

Vaqif İbrahimoğlu ilə vida mərasimi

DAHA NƏ DƏRDİN, VAQİF?

Getmə!!! Heç olmasa bircə stəkan çay iç!

Vallah, istədiyin kimi- armudu stəkanda verəcəm, yanında da qənd.

Axı, sən bizə ta 80-ci illərdən evlərimizdə armudu stəkan saxlamağı öyrətdin.
Sən bizə dünyanın bütün şokoladları yığışsa da «ev qəndsiz olmaz»- öyüdünü verdin.

Sən bizlərdə çaya, çay süfrəsinə sevgi aşıladın.

Sən bizi «dünya malı dünyada qalacaq»- gerçəyini unutmamağa səslədin.

Sən bizə nələr demədin ki?!

BAĞIŞLA, VAQİF.

Bağışla, ilk dəfədir sənə «sən», «Vaqif»- deyə müraciət edirəm. Adətən, müsahibə alanda, səni «Vaqif bəy», adi söhbətlərdə isə uşaqlarımın diliylə «Vaqif əmi» çağırardım. «Vaqif» deyəmməzdim. Bilmirəm, indi niyə deyə bilirəm…

Bir də yaza bilmirəm. Bu yazını sən Mərdəkan qəbiristanlığının əbədi sakininə çevrilən gecə başladım, ilk cümə axşamında güclə tamamladım.

Çox şeylər fikirləşmişdim. Heç birini yazammadım.

Bu illər ərzində səndən nə qədər müsahibə almışdım.

Nə qədər tamaşana baxmışdım.

Canlı yayımda nə qədər qonağım olmuşdun.

Nə qədər deyiləsi sözüm vardı!

Gözümdən axan yaşlar buna əngəl oldu.

BAĞIŞLA, VAQİF!

Bağışla, ən sevimli müsahibim!

Bağışla, ən sevimli qonağım!

Heç nə yazammadım…

İndi sənin «Yuğ» teatrında keçirilən anım mərasiminə gedirəm.

Orda ürəyimi boşaldacam.

Bağışla! Kompüter arxası ağlamaq üçün heç münasib yer deyil.

Gözündən axan yaşlar klaviaturaya tökülür.

Yaza bilmirsən.

Nə yaxşı ki, dünyada şairlər var.

Onlar bizim ürəyimizdən keçənləri bizdən daha gözəl ifadə edə bilirlər.

Sənin də dostun olan bu böyük şair sanki aşağıdakı misraları bizim dilimizdən sənin üçün yazıb:

Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
Yanında dostun var Allah kimi… (Ramiz Rövşən)

Hə, Vaqif, «Daha nə dərdin?!»

Ən son yazılan

XS
SM
MD
LG