Keçid linkləri

Təcili xəbərlər

«Endeavour» son missiyasını başa vurub yerə endi. (Video)


"Endeavour" Kennedy Kosmik Mərkəzə enib, 1 iyun 2011
"Endeavour" Kennedy Kosmik Mərkəzə enib, 1 iyun 2011
ABŞ-ın «Endeavour» kosmik gəmisi iyunun 1-i gecə son missiyasını da başa vuraraq geri dönüb.

6 nəfərlik heyətlə birlikdə Kennedi Kosmik Mərkəzinə enən bu gəmi istismar olunduğu müddətdə kosmosa 25 səfər edib, ümumilikdə 299 gün kosmosda olub. 200 mln. kilometrə yaxın məsafə qət edib.

İndi «Endeavour» tarixi eksponat kimi muzeydə saxlanılacaq.

NASA uzun illər kosmik "bərələr" - dəfələrlə kosmosa qalxıb yerə qayıdan gəmilərdən istifadə edirdi. Ötən il «Space shuttle» adlanan bu proqramın uğurla başa çatdığı elan olundu.

İndiyə qədər NASA 5 belə kosmik gəmidən istifadə edib.

Onlardan biri, «Discovery» bu ilin martında missiyasını başa vuraraq muzeyə göndərilib.

«Atlantis» gəmisinin isə sonuncu dəfə iyul ayında kosmosa qalxacaq.

Agentliyin «Challenger» və «Columbia» gəmiləri isə 1986 və 2003-cü illərdə qəzaya uğrayıb. Həmin qəzalarda 16 nəfər dünyasını dəyişib.

Bununla ABŞ «Space shuttle» proqramını başa vurur. Amma prezident Obamanın təsdiq etdiyi 25 illik kosmik araşdırmalar planına əsasən, bu ölkə kosmosa səfərləri artıracaq, başqa planetlərə də enməyə çalışacaq.

XS
SM
MD
LG