Keçid linkləri

Şortikdə məhkəməyə giriş niyə qadağandır?


Bloqqer Ülvi Həsənli məhkəmə binası qarşısında

Bloqqer Ülvi Həsənli məhkəmə binası qarşısında

Hipermilli təxəllüslü Ülvi yazır ki, aksiyalardan birində 7 günlük həbs cəzası aldığından iki imtahanda iştirak edə bilməyib. Universitet rəhbərliyi də gətirdiyi məhkəmə qərarına məhəl qoymayıb, bu da bloqqer, tələbənin universiteti məhkəməyə verməsi ilə nəticələnib. Ancaq məhkəməyə gələn zaman onu geyiminə görə içəri buraxmayıblar:

«1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iyunun 5-i saat 11:30-da məhkəmə təyin etdi. saat 11:30-da getdim katibliyə, hakim Sevinc Abdiyevanın köməkçisi məni şortikdə görüb dedi ki, «belə məhkəməyə girmək olmaz. şortikinizi dəyişib, şalvar geyinib gəlin, hakimə hörmətsizlikdir bu. Qadınlar var, qızlar var.

Bizim məhkəmələrin hansı vəziyyət olduğunu hamımız bilirik. Məhkəmə işçisi demir şortik geyinmək MƏHKƏMƏYƏ hörmətsizlikdir, deyir bu qadın HAKİMƏ hörmətsizlikdir. Görmüşük ki, məhkəmələr ancaq qanunlara istinad edər, onları əsas götürər. Bizim məhkəmələr də mentalitetlə işləyir, qanunlarla yox, qeyri-müəyyən «maddələri» olan mentalitet mücəssəməsini əsas götürür. Şortikə görə məhkəməni saat 2-yə təxirə saldılar. Heç bir qayda-qanunsuz».

BƏXTSİZ EŞŞƏK

Şamaxıda «Kamaz» altında qalan eşşək abidəsi barədə yazan Azadiq qeyd edir:

«Bu vaxtadək sadə xalq ulu öndərin nökəri olub. Şamaxı icra başçısı isə mədəni inqilab etdi. Sadə xalqın nökəri olmuş eşşəyi ucaltdı, media ulduzuna çevirdi. Bəs bunun qarşılığında qədirbilməz şamaxılılar nə etdi? Qiyam edib, hay-küy saldılar. Ən sonda zərif və zəif eşşəyi «Kamaz»ın altına verib qisas aldılar. Elə bil «Aldanmış Kəvakib» əsərində xalq ədalətli şah Yusif Sərraca qarşı üsyan edir. Allah atana rəhmət eləsin Axundov.

Şamaxıda dağıdılmış eşşək abidəsi

Eşşək deyib keçməyin. Bu obraz Azərbaycanın siyasi həyatında siyasətçilərdən daha aktiv rol oynayır. Bloqqerlərin həbsində belə bir səbəb göstərmişdilər ki, bəs orda hansısa nazir təhqir edilib, ona görə belə olub».

BOŞANMIŞ QADIN

Zaur Qurban bloqunda cəmiyyətin boşanmış qadınlara münasibətinə dair post yerləşdirib və məhkəmədə nəzarətçi işlədiyi vaxt aliment almağa gələn bu qadınlara qoyulan «hörmətdən» yazıb:

«Orda ikinci dəfə Azərbaycanda boşanmış qadının nə demək olduğu həqiqəti ilə qarşılaşdım. Sadəcə dəhşətli gəlirdi mənə. Özlərini aliment puluna satan qadınların bir hissəsi öz kefindən, bir hissəsi isə çıxılmaz vəziyyətdə edirdi bunu. Mən işlədiyim şöbədə belə vəziyyət görmədim, amma başqa şöbələrdən az da olsa, xəbər tuturduq. Belə ki, «çıxılmaz vəziyyət»i yaradan həmin icraçılar idi. Alimenti atadan almır, alsalar da, saxlayıb qadına vermirdilər. Qadın pulu istəyəndə onu otağa salıb mundar təkliflərini edirdilər. Qadın bir müddət müqavimət göstərir, adətən sonda təslim olurdu və elə otaqdaca «işi həll edirdilər».

...Boşanmış qadının cəmiyyət tərəfindən qəbul olunması qaydası isə daha dəhşətlidir və bayaq təsvir etdiyim aliment alan analara münasibət də elə bunun tərkib hissəsidir. Dedim ki, öz şöbəmizdə o iyrənc təklifi görməmişdimsə də, onu görmüşdüm ki, aliment üçün gələn gənc ana içəri girəndə ona altdan yuxarı baxırdılar və bəzən sifəti heç yadda qalmırdı, soruşurdular ki, «keçən dəfə qırmızı yubka geyən xanımsız?» Eyni davranış məhkəməyə işi düşən başqa qadınlara olmur. Çünki onlar boşanmış deyillər».

Arxiv foto
UCARIN YOLLARI

Ucarda adlı bloqçu Ucar rayonunun yollarındakı acınacaqlı vəziyyətdən yazıb:
«Rayonumuzda abadlıq və quruculuq işləri görülür. Əvvəlcə kanalizasiya xətləri yeniləndi, mərkəzi küçələrdə olan evlər təmir olundu və bu işlər zamanı yollar bərbad hala düşdü.

Hamı fikirləşirdi ki, yəqin bu işlər qurtarandan sonra yeni asfalt örtüyü çəkiləcək və gediş-gəliş bərpa olunacaq. Lakin belə olmadı, bu işlər qurtarandan sonra ortaya yeni bir iş çıxdı. İndi isə rayonumuzun qaz xətləri yenilənir. Əvvəllər Qaz boruları yuxarıyla gedirdisə, daha yerin altıyla (asfaltın altıyla) gedəcək. Bu bir yandan sevindirici haldır ki, daha qaz problemi olmayacaq. Lakin bunun mənfi cəhətləridə vardır, bu işə görə bütün (əsas,mərkəzi) küçələri qazıblar.Yenə küçələri qazdıqca qaz borularını basdırsalar dərd bir yana olardı… Bir neçə həftədir ki, yollar qazılıb, amma hələ bir iş görülmür!?».

Şərhləri göstər

XS
SM
MD
LG