Keçid linkləri

Təcili xəbərlər

«Ordunun 3 zabiti Ali Baş Komandana inanaraq, müraciət etdi»


Əsgərlər
Əsgərlər
Natiq Cəfərli prezidentin yanvar ayından bu günədək, 3 dəfə xalqa müraciət etdiyini, vətəndaşları korrupsiya halları haqqında ona və dövlət orqanlarına məlumat verməyə çağırdığını yazır:

«Ordunun 3 zabiti Ali Baş Komandana inanaraq, belə bir müraciət etdi. İndi onları 7 ildən 9 ilədək həbs gözləyir. Bu hadisə bir daha korrupsiya ilə mübarizənin kampaniya olduğunu, hakimiyyətin isə səmimi olmadığını sübut etdi!».

İŞTAHIN BÖYÜKLÜYÜ

Bunlara da nəzər salın
«Vaxt var idi bütün Şərq ona II Stalin kimi baxır hətta ona ümid bəsləyirdilər. O Şərqin qəhrəmanı ola bilər və müsəlman aləminin ATASI ola bilərdi. İraq neftini dünya bazarında rəqibsiz edə bilərdi» Fuad Şahbazovun bu fikirləri Keçmiş İraq diktatoru Səddam Hüseyn haqdadır:

Sonradan bu AZADLIQ CARÇISI elə AZADLIĞI beşikdəcə boğmağa başladı (İraqda). Neft pulu ilə İraqın həyat səviyyəsini qaldıran Səddam Hüseyn özünün həyat səviyyəsini 100 dəfə qaldırdı. Qaynından tutmuş ən uzaq qohumlarına kimi hamısını vəzifəyə gətirən ölkə başçısı bəlkə də bu yolla özünə dayaq yaratmaq istəyirdi amma tam əksi oldu. Hərbi iyerarxiya quran qohumlar saraylarında xəzinə toplamağa başladı».

Misir. Etiraz aksiyaları zamanı
DOMİNO DAŞLARI

Sosium da Ərəb inqilablarından, Tunis, Misir, Liviya, Suriya, Mərakeş arasında Tunisin bəlkə də «ən ədalətli» diktatura hesab etdiyini yazır:

«Çünki dövlət xəzinəsinin yarısından çoxunu təhsilə ayıran bu ölkənin başçısı general Abidin də xalqın qəzəbindən qurtarmadı. Tunisdən sonra digər dövlət isə Mərakeş idi. Düzdür, bu qədər vaxtdır Filalitlər nəsli ölkəni çox gözəl hala sala bilmişlər. Xüsusən də indiki kral Məhəmmədin Avropa təhsili görməsi bu ölkənin qadınlarına azadlıq gətirdi... Liviya isə tamam başqa vəziyyətdir. Demokratik dəyərlərə xəyanət də olsa mən Müəmmər Qəddafiyə olan simpatiyamı gizlətməyəcəm. Bu adam diktatordur və bunu alqışlamıram. Lakin bu qədər ildir ölkəsinin neftindən 1 litr belə Avropaya verməyən bu adamın dövründə Liviyanın gəlir mənbəyi İsveçrəni belə 2 dəfə geridə qoydu. Qadınlar çadranı atıb məktəbə getdi. Ali məktəblər yaradıldı. İndi diktaturanı bəhanə edən koalisiya qüvvələrinin bundan sonra da Liviyanı nə hala salacaqlarını düşünmək belə istəmirəm. Maraqlısı odur ki , Qəddafinin dövründə səfil həyat sürən və demokratiyanın nə demək olduğunu belə bilməyən evsizlər küçədə dayanaraq yaşasın Amerika, yaşasın demokratiya şüarları ilə boğazlarını yırtırlar. Soruşan lazımdı:

Ceyhun Osmanlı
- Ay kişi , sənə nə fərqi var axı. Bundan əvvəl də evsiz idin, bundan sonra da evsiz qalacaqsan. Hakimiyyətdə kimin olmasının sənə nə fərqi var axı ?».

«CEYHUN OSMANLI GƏNCLƏR SAHƏSİNDƏ SOSİAL İŞÇİDİR»

Millət vəkili, bloqqer Ceyhun Osmanlı təxminən 11 ildir gənclər siyasəti ilə məşğul olduğunu qeyd edir.

«Sözün düzü, 11 il əvvəl bu iş məndə hobbi olaraq başlamışdı. Gənclərin ictimai həyatda daha aktiv iştirakını təmin etməyə həvəsli idim. Ancaq məndə uzun davam etdi və bu sahəyə göstərdiyim həvəs, maraq məni elə burada saxlayaraq, peşəkar gənclər işçisi olmağa sövq etdi. O insanlar ki uşaqlarla, gənclərlə, qocalarla işləyirlər, bu, ayrıca bir sənətdir. Deputat olmamışdan əvvəl bir cümlə ilə, peşəkar bir terminə ifadə etsəm ki, Ceyhun Osmanlı kimdir, deyərdim ki, Ceyhun Osmanlı gənclər sahəsində bir sosial işçidir».
XS
SM
MD
LG