Keçid linkləri

Təcili xəbərlər

Şəkinin Dərə hamamı, kitab və polis


Şəki. Dərə Hamamı. Foto: AFB
Şəki. Dərə Hamamı. Foto: AFB
Əziz Şəki səfərindən, dövlət tərəfindən qorunduğu deyilən Dərə Hamamının acınacaqlı şəraitindən yazıb və şəkillərini yerləşdirib:

«Çox üzücü hadisədir, Dövlət tərəfindən qorunan abidənin vəziyyətini bu gündə görmək. Keçən il həmin hamamın 10 metrliyində Yaponiya səfirliyinin nümayəndələri və Azərbaycanın dövlət nümayəndələri oradakı çayın açılışında iştirak etmişdilər, amma hamam tərəfə belə yaxın durmadılar.

Hamam hazırda sərxoşların, küçə heyvanların, zibil tullantıları, uşaqların tualeti kimi istifadə olunur. Hərə əlinə keçən zibili yolüstü hamamın içinə atır. Bu da bizim tarixdir ki, içinə batırırıq. 2007-ci illə müqayisə etdim, hamamın çökmə təhlükəsi heç də uzaqda deyil. 1880-cı ildən bu günədək dayana bilibsə, bundan sonrasını demək çox çətindir».

KİTAB VƏ POLİS

Zaur Qurbanlı yazır ki, maarifçiliklə də məşğul olan lazımdır, mitinqə çıxan da, heç nə etməyib məsləhət verən də, hətta qorxusundan səsini çıxarmayıb narazı olan da. NİDA gənclər təşkilatının üzvü olan bloqqer təhsil haqqının artırılması, dərsliklərin yüksək qiymətinə etiraz olaraq kitablarla keçirdikləri aksiyanın dağıdılmasına münasibətini yazır:

Gənclərin kitab aksiyası
«Polisin gəlib orda yığışıb həvəslə kitab toplayan, kitabların üstünə ad, əlaqə qeyd edən uşaqları dağıtması nə qədər gözlənilən olsa da, təəcüblənənlər oldu. Bununla hakimiyyət nə göstərdi? Hə, bu, «təhlükəli» hesab etdikləri gənclərin toplaşmasına qorxaqların əsl reaksiyası idi. Həm də bu, oxumaq həvəsinə hakimiyyətin verdiyi qiymət idi. Amma burdan çıxartdığım başqa nəticə də var… Məqsəd isə mübarizə aparmaqda qərarlı olan hər kəsi ən radikal üsula sürükləməkdir».

UŞAQ BAĞÇASI YA TARİXİ SƏRDABƏ?

Tural Vəliyev 10 saylı bağçadakı vəziyyəti belə təsvir edir:

«Sınıq şüşələr, dağılmış divarlar, aynası olmayan «pəncərələr» və sınıq vəziyyətdə olan yelləncəklər… Mənə ən maraqlısı isə pəncərələri olmayan bir bağçada bizim uşaqlarımız qışda nə edir? Təbii ki, soyuqdan «donurlar». Həqiqətən o yerdə qış vaxtı dayanmaq olmaz. İçəridə olarkən bağçanın istilik sisteminin olmadığı və qışda
10 saylı bağça

buranın yalnız sobalarla isidilidiyi qərarına gəldim. Mən isə şüşələri qırıq bir bağçada qışda uşaqların nə etdiyini düşünmək belə istəmirəm. Hələ elə pəncərələr var ki, onlarda ayna yerinə kisələr, salafanlardan, taxta lövhələrdən istifadə olunub. Baxın da bizim uşaqlarımızı məktəb həyatına hazırlayan yerin vəziyyətinə. Bağçanın divarlarına baxdıqda adama elə gəlir ki,s anki qədim dövrlərdən qalan tarixi sərdabəyə baxırsan…»


AZƏRBAYCANDA NÖVBƏTİ REKORD

Mardiyev «İRƏLİ» İctimai Birliyinin təşkil etdiyi «Mənim Azərbaycanım» müsabiqəsidən yazıb. Foto müsabiqə ilə bağlı 2 həftə səsvermə keçirildiyini, təxminən səs verən istifadəçilərin sayının 17 000 nəfər olduğunu yazır:

«Bu Azərbaycanda keçirilmiş ən böyük internet müsabiqəsidir. Müsabiqə ərzində 17 000 səs, bu 2 həftə boyunca hər günə 1 200 səs deməkdir. Bu indiyə kimi heç kəsin əldə edə bilmədiyi göstəricidir».

Bloqçu, millət vəkili Ceyhun Osmanlı oktyabrda Gəncədə Dünya Gənclər Festivalının təşkil olunacağından yazır.

«Sözügedən layihə «İrəli» İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilir. Dövlət proqramına uyğun olaraq, hər il bir şəhərimiz gənclər paytaxtı olacaq. Biz də qərara gəldik ki, Gəncədən başlayaq.
Facebook

Həmçinin festival zamanı Gəncədə «Nizami Gəncəvi günləri» keçiriləcək».

FACEBOOK-UN MƏNFİ TƏRƏFLƏRİ

Rəşad Mehbalıyev yazır ki, Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür. Bunlar forumların azalması, bloqların lazımi sürətlə artmaması, yeni veb-saytların az istifadəyə verilməsi, yerli saytlar üçün reklam imkanlarının azalması və translitlə yazma vərdişidir.
XS
SM
MD
LG