Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın adı düşməyən siyahı


Oksford Universiteti
Oksford Universiteti

2011-ci il üçün dünya universitetlərinin akademik reytinqi açıqlanıb. Avqustun 15-də açıqlanan siyahını Şanxay Jiao Tonq universiteti hazırlayıb. O belə adlanır: “Dünya Səviyyəli Universitetlər mərkəzi”.

Mərkəz artıq səkkiz ildir ki, dünyanın ən yaxşı universitetlərinin siyahısını tərtib edir. İlk onluğa aşağıdakı universitetlər düşüb:
  1. Harvard
  2. Stanford
  3. MIT
  4. Berkeley
  5. Cambridge
  6. Caltech
  7. Princeton
  8. Columbia
  9. Chicago
  10. Oxford

YÜZLÜYÜN LİDERLƏRİ

Avropa üzrə İsveçrənin ETH Zurich universiteti (23-cü yer) birinci yerdədir, ondan sonra Fransadakı Paris-sud (40-cı yer) və Marie Curie (41-ci yer) gəlir.
Asiya üzrə ən yaxşı universitetlər Yaponiyadakı Tokyo (21-ci yer) və Kyoto universitetidir (27-ci yer).

Üç universitetsə reytinq tarixində ilk dəfə siyahıya daxil edilib: Ceneva universiteti (73-cü yer), Queensland (88-ci yer) və Frankfurt universiteti (100-cü yer).
Top yüzlüyə düşən universitetlərinin sayına görə İsveçrə, Almaniya və Avstraliya dördüncü yerə qalxıb.

Top beş yüzlüyə isə on universitetin adı birinci dəfədir düşür. Onların arasında Malayziyadakı Malaya universiteti və Xorvatiyadakı Zaqreb universiteti də var.

ORTA ŞƏRQ UNİVERSİTETLƏRİ İNKİŞAF EDİR

Siyahını hazırlayanlar deyirlər ki, Orta Şərq universitetlərində inkişaf hiss olunur.
Səudiyyə Ərəbistanındakı King Saud universiteti siyahıda üç yüzlüyə salınıb. Bu ölkənin King Fahd neft və minerallar universiteti, Turkiyənin İstanbul universiteti və İranın Tehran universitetisə top 400-ə qalxa biliblər.

Misirdəki Qahirə universiteti isə beş ildən sonra nəhayət 500-lüyə qayıda bilib.

ÇİNİN 35 UNİVERSİTETİ SİYAHIDA YER ALIB

500 universitetin arasında Çinin 35 ali məktəbinin adı da yer alıb. Milli Tayvan, Honk Konq və Tsingue Universiteti ilk 200-lükdədirlər.

SAHƏLƏR ÜZRƏ ƏN YAXŞILAR

“Dünya səviyyəli universitetlər mərkəzi” həmçinin 2011-ci il üçün müxtəlif sahələr üzrə ən yaxşıların siyahısını tərtib edib. Siyahı beş geniş sahə və beş seçilmiş sahə üzrə hazırlanıb.

Sahələr üzrə ən yaxşı universitetləri təqdim edirik:

  • Təbii elmlər və riyaziyyat - Harvard, Berkeley, Princeton, Caltech və Cambridge.
  • Mühəndislik, texnologiya və komputer elmləri- MIT, Stanford, Berkeley, UİUC və Georgia tech
  • Həyat və kənd təsərrüfatı- Harvard, MIT, UC San Francisco, Cambridge və Vaşinqton (Seattle)
  • Klinik Tibb və Əczaçılıq- Harvard, UC San Francisco, Vaşinqton (Seattle), Johns Hopkins və Kolumbiya
  • Sosial elmlər- Harvard, Chicago, MIT, Berkeley və Columbia
  • Riyaziyyat- Princeton, Harvard, Berkeley, Stanford və Cambridge
  • Fizika - MIT, Harvard, Caltech Princerton və Berkeley
  • Kimya - Harvard, Berkeley, Stanford, Cambridge və ETH Zurich
  • Komputer elmləri - Stanford, MIT, Berkeley, Princcerton və Harvard
  • İqtisadiyyat/biznes - Harvard, Chicago, MIT, Berkeley və Columbia

AZƏRBAYCANIN ADI

500 universitetin daxil olduğu siyahıda Azərbaycandan heç bir universitet yer tutmayıb.

Dünya universitetlərinin akademik reytinqi 2003-cü ildən tərtib edilir. Minə yaxın universitet arasından məzunların göstəricilərinə, Nobel mükafatı və sahə medallarının qazanılmasına, “Elm və Təbiət” jurnalında dərc edilən məqalələrin sayına görə 500 ən yaxşını seçib siyahı hazırlanır.

Gülər Qasımova tərcümə etdi.
XS
SM
MD
LG