Keçid linkləri

«YOL MƏDƏNİYYƏTİ»

İmişlidən olan bloqqer Müşviq şəhərdə baş verən yol qəzalar haqqında yazır:

«Bu gun şahid olduğum yol qəzası, son bir həftə ərzində İmişli rayon H.Əliyev prospektində baş verən 3-cü hadisədidir. Yaşayış məntəqəsi olduğundan sürət limiti gözləmək əvəzinə rally sürəti ilə şütüyən avtomobilləri təsəvvür edin. Qurbanlar isə hər üçündə günahsız fidan körpələrdir. Səbəb isə çox sadədir. Qeyri rəsmi məlumatlara görə bəlli bir məbləğ ödəməklə sürücülük vəsiqəsinə yiyələnmək olar. Bəs nə gözləyirdiniz? Təsərrüfatından iki-üç heyvan sataraq hər bir dəliqanlı bu vəsiqəni ala bilər. Olmaya sürücülərin psixoloji durumu, avtomobilin texniki vəziyyəti, sürücünün savadı yoxlanılır?»

Həbsdə olan Cabbar Savalan haqda bloq yazan Etibar Salmanlı qeyd edir ki, «rejim imkan versə idi gedib Cabbarın yerinə ən azı 6 ay içəridə yatardım»:

Cabbar Savalanlı
«Əslində blogda yeni yazı düyməsini klik edəndə tamam ayrı bir mövzudan yazacaqdım. Yazının skeletini beynimdə hazırlamışdım. Yolda avtobusda gələrkən artıq fikirləşirdim evə çatıb nə yazacağam. Yazını yazmağa da başlamışdım. Ancaq sonradan birdən fevral ayında cibindən narkotika çıxarılmış və 2 il 6 ay həbs cəzası verdirilmiş 20 yaşlı Cabbar Savalanlı yadıma düşdü. Onsuzda 3-4 gündür kefim sıfırın altında idi. Cabbar yadıma düşəndə artıq onsuzda kefimin əlavə edilmiş dəqiqələri də bitdi desəm yalan olmaz».

«BEŞİKKƏSMƏ»

«Bu yaxınlarda Azərbaycan ensiklopediyasını oxuyurdum və belə bir başlıqla rastlaşdım: «Beşikkəsmə». Bu başlıq altında olan məlumat belə idi: «Beşikkəsmə adətinə görə oğlan və qız uşaqları hələ qundaqda, yəni beşikdə olarkən, onların valideynləri söz kəsib uşaqlarını bir-birinə deyikli edirlər. Bir çox hallarda bu «nişanlanma» zamanı qızın beşiyinə nişan qoyulduğundan o, «beşikkəsmə» adlanırdı. Bəzən qabaqcadan sövdələşən valideynlərin birinin qız uşağı o birinin oğlundan sonra dünyaya gəldikdə, mamaça körpənin göbəyini kəsdiyi zaman «göbəyini filankəsin oğluna kəsdim» sözlərini dediyindən, bu adət «göbəkkəsmə» də adlanırdı».
Dəhşətə gəldim, belə çıxır ki, ata hələ heç «fundamenti qoyulmamış» qızını sövdələşmə predmetinə çevirir. «Sövdələşmə». Nə qədər də iyrənc səslənir, axı söhbət hələ heç dünyaya gəlməmiş günahsız bir varlıqdan gedir...»- bunu yazan bloqqer Zaurdur.
XS
SM
MD
LG