Keçid linkləri

Təcili xəbərlər

Steve Jobs öldü


Steve Jobs
Steve Jobs
"Apple" şirkətinin keçmiş icraçı direktoru Steve Jobs 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Jobsun ölümü ilə bağlı ilk xəbəri "Apple" yayıb.

Jobs Steve Jobs hələ 2004-cu ildə xərcəng xəstəliyinə tutulduğunu elan etmişdi. 2006-cı ildə onun xərcəngə qalib gəldiyi deyilsə də, "Apple" rəhbəri bir neçə dəfə müalicələrdən keçməli olmuşdu.

2008-ci ildə Bloomberg agentliyi hətta onun ölümü ilə bağlı nekroloq da hazırlamışdı. Lakin səhhətini bərpa edən S.Jobs yenidən işinə qayıdaraq "Mənim ölümüm haqda şaiyələr bir qədər şişirdilib" deyə Mark Twainin məşhur kəlamını təkrar etmişdi.

2009-cu ilin yanvarında altıaylıq xəstəliyə görə məzuniyyətə gedən Steve Jobsun qaraciyətində əməliyyat olunmuşdu.

Texnologiyalar dünyansına “iPhone”, “iPad”, “iPod”, “iMac”, “iTunes” kimi yeniliklər gətirən Steve Jobs 1976-cı ildə dostu ilə birlikdə “Apple” şirkətini qurmuşdu.

BARAK OBAMA: STEVE JOBS

Ən son yazılan

XS
SM
MD
LG