Keçid linkləri



Bakıda sürücülər 2020-ci ildə öz maşınlarında seçə biləcəklər: yolu onlara kim göstərsin - ABŞ-ın GPS, Rusiyanın GLONASS, Avropanın Galileo yoxsa Çinin Beidou naviqasiya sistemi?

GALİLEO NƏDİR?

Avropa Birliyi bu gün özünün ilk iki Galileo peykini səmaya buraxmalıdır və bu tarixi hadisə hesab olunur.

Galileo satellit naviqasiyası layihəsidir və qiyməti 5,4 milyard avrodur.
Avropa Birliyi öz naviqasiya sisteminə başlamaqla ABŞ-ın GPS sistemindən asılılıqdan qurtarmaq istəyir.

Avropada hökumətlərdən tutmuş sürücülərə, hərbçilərə qədər hamı GPS-dən başqa yalnız bir naviqasiya sistemindən istifadə edə bilər, bu da Rusiyanın GLONASS sistemidir.

Avropa Birliyində artıq neçə ildir ki, narazılıqlar var ki, Avropa niyə xarici hökumətlərin naviqasiyasından istifadə etməlidir?! Onların fikrincə, bu, Avropanın hərbi gücünü zəiflədir.

Dünyanın bir neçə başqa ölkəsində, o cümlədən Çində də eynilə belə düşünürlər.

Çin BeiDou adında naviqasiya sistemi hazırlayır və bundan ilk növbədə hərbçilər istifadə edəcək.

Çinin Milli Kosmos Administrasiyası adlı idarəsinin məlumatına görə BeiDou Çinin bütün ərazisini 2012-ci ildə əhatə edəcək. Bütün dünyanı isə 2020-ci ildə əhatə edəcək.

LAZIM GƏLƏNDƏ ABŞ GPS-i SÖNDÜRƏ BİLƏR?

East London Universitetində Geo-İnformasiya mərkəzinin rəhbəri Allan Brimicombe deyir: “Rusiya, Çin qorxurlar ki, lazım gələndə bəzi yerlərdə ABŞ GPS sistemini söndürə bilər. Eyni qorxular Avropadadır”.

ABŞ həmişə bildirib ki, GPS neytral texnologiyadır, yəni siyasətdən uzaqdır.

Ancaq 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi vaxtı ittihamlar səslənirdi ki, bəzi yerlərdə GPS siqnallarının qabağı alınıb. Bundan sonra Rusiya təcili olaraq öz sistemini yekunlaşdırmağa başladı.

Galileo layihəsinə görə, 2014-cü ilə kimi 16 Galileo peyki buraxılacaq.

TƏXİRƏ SALINDI

Bu gün- oktyabrın 20-si starta 90 dəqiqə qalmış Galileo peyklərini kosmosa çıxarılması təxirə salınıb.
Avropa Birliyi rəsmilərinin dediyinə görə, təxirəsalma texniki səbəbdəndir.

Şərhləri göstər

XS
SM
MD
LG