Keçid linkləri

Təcili xəbərlər

Təhsildə rüşvət və işdən çıxarılan Rafiq Əliyev


Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov
Bu həftə bloqqerlər müxtəlif mövzulardan yazıblar. Kimi siyasətdən, kimi ədəbiyyatdan yazıb. Bloq yazılarını sizə təqdim edirik:

MÜƏLLİM VƏ RÜŞVƏT
Təhsildə rüşvət haqda bloq yazan bloqçu Bəyim hesab edir ki, müəllimin işə düzəlmək üçün rüşvət verməyi nazirlik üçün qazanc yeridir:
«Müəllim işə düzəlmək istəyir. Məktəbdən 1000-2000 manat pul istəyirlər. Birtəhər düzəldib işə girir. Bir ya da uzağı iki sinif verirlər. 100-150 manat maaş alır. Bir il işləməlidir ki, verdiyi pulu çıxarsın.
Hər yeni müəllim yeni qazanc yeridir nazirlik üçün. hər il yeni müəllimlər işə götürülür. Və köhnə müəllimlərin dərs saatları azaldılır. Maaş azalır. Rüşvət artır. Təhsil səviyyəsi sıfırdan mənfiyə doğru gedir.
Sonra Misir Mərdanov cənabları çıxır deyir ki, Azərbaycanda normal adam müəllim işləməz. Azərbaycanda normal adam nazir olar, millət vəkili olar, uzaq başı polis olar. Daha müəllim nədir? Dəli olmusuz?»
İŞDƏN ÇIXARILAN RAFİQ ƏLİYEV
Akademik Rafiq Əliyevin Dövlət Neft Akademiyasında kafedra müdirliyindən uzaqlaşdırılmasından yazan bloqçu Nicat Quluzadə bunu təhsilin itkisi kimi qiymətləndirir:
Rafiq Əliyev
Rafiq Əliyev
«Bu xəbəri eşitmək olduqca ağırdır. Necə ola bilər axı? Bu cür alimi işdən azad etmək! Axı o neçə-neçə gəncimizlə öz təcrübəsini paylaşa bilərdi. Onsuz da universitetlərimizdə heç nəyə yaramaya, tələbələri öz mənasız mühazirələri ilə şikəst edən bir sürü «alim yığını» var. Onlar nəyə lazımdır onu anlamıram. Bu bədbəxtlər düşünmürlər ki, Rafiq Əliyevi işdən azad etməklə ona heç bir pislik etmiş olmurlar. Əksinə Azərbaycan elmi itirmiş olur. Hörmətli alim onsuz da Almaniyada, ABŞ-da öz mühazirələrini oxumaqda davam edəcəkdir».

Passat33 də akademik Rafiq Əliyevin işdən çıxarılması barədə qısa bloq yazıb.

«DAHİ İDİLƏR, MAVİ İDİLƏR» adlı bloq yazısında Fuad Şahbazov şair Artur Rembonun Pol Verlayn ilə tanışlıqları barədə yazıb:

«Onların dostluqları isə bir az əvvələ təsadüf edirdi. Və bu dostluq 150 ilə yaxındır ki, ədəbiyyat tarixinin ən çox dartışılan mövzularındandır. 1871- ci il. Pol əyalətdə yaşayan 16 yaşlı bir gəncdən məktub alır. Cavan oğlan bir neçə şeirini məşhur şairə göndərib fikrini öyrənmək istəyir. Məkrubda qeyd də var. Bəyənəcəyi təqdirdə ona kömək eləməsini xahiş edir. Şeirləri oxuyan Pol Verlen dəhşətə gəlir. Bu şeirlər fransız poeziyasında inqilab idi. Ona qədər belə şeirlər yazılmamışdı. Sanki bu misralar 16 yaşlı gəncin qələmindən çıxmamışdı. Pol gəncin Parisə gəlmək pulunu ödəyir. Artur Rembo səfil-sərkərdan günündə Parisə gəlir. Pol Verlen onu yaxşı qarşılayır. Əvvəlcə öz evində, sonra dostlarından birinin evində yerləşdirir. Onu özü ilə ədəbiyyat dərnəklərinə aparır. Gənc Artur isə istedadlı olduğu qədər də nadincdir. Başda onun nadincliyini yaşına, gəncliyinə bağışlasalar da dələduzluğu qırmızı xətti keçəndə hamı Arturdan üz çevirir. Artur tez-tez dava salır, yersiz yerə hər kəslə dalaşır, hər fürsətdə lirik şairləri alçaldır, içib özünü aparmağı bilmir. Şpaqa ilə dərnək üzvlərindən birini yüngülcə yaralayır».
XS
SM
MD
LG