Keçid linkləri

Avropanın QAZancı...


Almaniya kansleri Angela Merkel (solda) və Rusiyanın prezidenti Dmitry Medvedev (ortada) Şimal Axınının açılış mərasimində, 8 noyabr 2011

Almaniya kansleri Angela Merkel (solda) və Rusiyanın prezidenti Dmitry Medvedev (ortada) Şimal Axınının açılış mərasimində, 8 noyabr 2011



Beləliklə, noyabrın 8-də Avropanını enerji həyatında əlamətdar və tarixi sayılacaq bir hadısə baş verdi – “Şimal axını” qaz kəməri ilə Almaniyaya birbaşa Rusiya qazını nəql etmə infrastrukturu işə salındı. Cəmi 1 il keçəcək və bu kəmərin ikinci qolu da tikilib başa çatacaq.

Ümumiyyətlə, 2015-ci ilədək yeni yaradılan bu infrastruktur vasitəsilə Baltik dənizinin dibi ilə Qərbi Avropaya “Gazprom”şirkəti tranzit ölkələrdən yan keçməklə ildə 55 mlrd. m3 qaz ötürmək iqtidarında olacaq.

Bizi maraqlandıran isə əsas budur ki, “Şimal axını” layihəsinin gerçəkləşməsi əslində adi bir kommersiya layihəsi idi, yoxsa “Gazpromun” Avropa bazarlarında öz mövqeyini qoruması uğrunda ölüm-dirim mübarizəsində həmçinin Kremlin qələbəsinin nümayişi?

Əldə olan rəsmi faktlara müraciət edək.

“Şimal axını” – xəzinə axını


Bu layihə gündəmə Nabucco-dan gec gəlmişdi. Əsas məqamı 2006-cı ilin yanvarında Rusiya ilə Ukrayna arasında yaranan nəqletmə ilə bağlı 2 həftəlik münaqişə ucbatından “Qazprom”un Avropaya stabil mavi yanacaq ixrac edə bilməməsi olmuşdu. O zaman Kremldə qərar verdilər ki, artıq Ukraynanın qərbyönlü hakimiyyətinə bel bağlamaq olmaz və onları cəzalandırmaq lazımdır.
Nəticədə, 2011-ci ilin avqustundan “Gazprom” Avropadakı bir sıra qazpaylayıcı şirkətlərlə uzunmüddətli müqavilələrində qiymətləri yumşaltmağa başladı, bir sıra qaz paylayıcı şirkətlərdəki payını satdı və sair. Əvəzində Avropa yeni infrastruktur və 50 illik təzə müqavilə qazandı. Artıq carı ildə “Gazpromun” payı Avropa bazarında 25% planlaşdırılır (illik həcmi 151-152 mlrd. m3 olmaqla).

Beləliklə, Ukraynadan yan keçməklə birbaşa Qərbi Avropa bazarına çıxa biləcək bir layihənin ştrixləri cızıldı. O zamandan bildirilirdi ki, bu bir siyasi layihədir, çünki onun iqtisadi baxımdan elə bir əsası yox idi. Ukraynanın qaz nəqletmə sistemi modernləşdirmə aparılsaydı problemsiz 130 mlrd. m3 Rusiya qazının Avropaya daşınmasını həyata keçirə bilərdi.

Ancaq nədənsə “Gazprom” rəsmi Kiyevin bu təklifini qəbul etmək fikrindən vaz keçdi və əvəzində onun qaz boru kəmərlərinə yiyələnmək siyasəti yürütməyə başladı. Beləcə, məsələnin həllindəki siyasi mahiyyət həmişə gündəmdə oldu.

Digər tərəfdən, 2006-cı ildən Avropa Birliyi enerji resurslarının divesifikasiyası ilə bağlı xüsusi qərar qəbul etdi və bu baxımdan Nabucco layihəsi cəlbedici bir infrastruktur kimi təqdim edilməyə başlanıldı. Düzdür, Rusiyanın buna qarşı “Cənub axını” layihəsi vardı, ancaq Moskva yaxşı anlayırdı ki, o cür meqa infrastrukturu təkbaşına ərsəyə gətirmək üçün olduqca böyük kapital və zamana ehtiyac var (bu layihə 25 mlrd avro qiymətində dəyərləndirilir). Buna görə də, Rusiya bütün enerjisini “Şimal axını”nın reallaşmasına yönəltdi.

“Gazprom” şirkətinin sözçüsü Sergey Kupriyanovun açıqlamasına görə, boru xəttinin 1-ci hissəsinə 7,4 mlrd avro sərmayə qoyulub, bank faizləri ilə birgə infrastrukturun qiyməti 8,8 mlrd avrodur.

Əgər nəzərə alsaq ki, boru xəttinin ümumi uzunluğu 1224 km.dir, onda 1 km. infrastrukturun başa gəlməsi üçün ümumi xərc təqribən 7,2 mln. avro (2 nasos stansiyası da daxil olmaqla) olub. Bu, həddən artıq böyük xərcdir.

Ekspertlər hesab edir ki, Şimal Axını kəmərinin ümumi məsrəfləri 20 mlrd avroyacan yüksəlsin və bunun təqribən 12 mlrd.-ı sırf “Gazprom”un üzərinə düşəcək. Bunu “Gazprom” nümayəndəsi də təsdiq edir. “Ola bilsin ki, “Şimal axını” layihəsinin özünü iqtisadi cəhətdən doğrultması üçün 15-16 il gərək olsun, bəlkə də daha uzun zaman. Bu, qazın qiymətindən və bazardakı bir sıra şərtlərdən asılı olacaq”, deyə Kupriyanıv RT kanalına müsahibəsində deyib.

Avropanın qazancı


Əslində Avropa gündəmə diversifikasiyalı enerji siyasətini gətirməyin ilk uğurunu 5 il sonra – 2011-ci ildə hiss etməyə başladı.
...hələ ki, “Şah-dəniz” qazının Avropa bazarına gedib çatdırılması üçün hələ çox sayda məsələnin həllini tapmasına ehtiyac var. Ola bilsin heç 2018-ci ildə də Azərbaycan qazı Qərb bazarında olmasın. Ancaq bir vacib məsələ var: Azərbaycan qazı qoy, lap elə 2020-də ora gedib çatsın, ancaq kommersiya baxımından son dərəcə uğurlu bir layihə əsasında həyata keçirilsin və cəmi 10 il sonra bütün xərclərini çıxarsın. Bir də var ki... “Şimal axını” kimi düşək qabağa və...

Görürsünüzmü, əvvəllər – 10 il əvvəl “Gazprom” Avropa bazarında 31-32% paya sahib idi, ildən ilə öz şərtlərini qaz paylayıcı şirkətlərə diktə edirdi, Vladimir Putinin hakimiyyətini II müddətə möhkəmlətməsindən sonra isə “Gazprom” bazarların əldə edilməsində siyasi vasitələrdən maksimum yaralanmağa çalışırdı.

2011-ci ilin martın 1-dən isə Avropa Birliyi ərazisində “3-cü enerji paketi” deyilən qanun qüvvəyə mindi. Bu qanun qaz hasil edən şirkətlərə onun nəqli ilə yanaşı həm də satışı ilə məşğul olmağa məhdudiyyətlər qoyur, bəzi hallarda qadağan edir.

Nəticədə, 2011-ci ilin avqustundan “Gazprom” Avropadakı bir sıra qazpaylayıcı şirkətlərlə uzunmüddətli müqavilələrində qiymətləri yumşaltmağa başladı, bir sıra qaz paylayıcı şirkətlərdəki payını satdı və sair.

Əvəzində Avropa yeni infrastruktur və 50 illik təzə müqavilə qazandı. Artıq carı ildə “Gazpromun” payı Avropa bazarında 25% planlaşdırılır (illik həcmi 151-152 mlrd. m3 olmaqla).

Azərbaycan modeli – “ehtiyat igidin yaraşığıdır”

Son vaxtlar SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəhbərliyinin aşıqlamalarından belə aydın olur ki, Azərbaycan “Şah-dəniz-2” layihəsi çərçivəsində Avropaya çıxaracağı qazın hansı marşrutla getməsinin açıqlanmasında tələsmir və məsələ bu il həllini tapası deyil. Artıq 2012-ci ilin əvvəlindən söhbət gedir.

Bundan əlavə, indi heç bilinmir ki, “Şah-dəniz-2” qazını Türkiyəyə qədər necə daşımaq gərəkdir: onu əvvəlki boru kəmərinin genişləndirilməsi ilə həyata keçirsinlər, yoxsa Azərbaycan ərazisində yeni bir boru xətti tiksinlər. Bu isə təqribən 1 il sonra məlum olacaq.

Bunları yazmaqda məqsədim odur ki, hələ ki, “Şah-dəniz” qazının Avropa bazarına gedib çatdırılması üçün hələ çox sayda məsələnin həllini tapmasına ehtiyac var. Ola bilsin heç 2018-ci ildə də Azərbaycan qazı Qərb bazarında olmasın. Ancaq bir vacib məsələ var: Azərbaycan qazı qoy, lap elə 2020-də ora gedib çatsın, ancaq kommersiya baxımından son dərəcə uğurlu bir layihə əsasında həyata keçirilsin və cəmi 10 il sonra bütün xərclərini çıxarsın. Bir də var ki... “Şimal axını” kimi düşək qabağa və...

Ona görə də məncə, tələsməyin və tələsdirməyin heç bir əhəmiyyəti yoxdur. Ən əsası budur ki, Azərbaycanın daxili bazarında kifayət qədər mavi yanacaq olduğu bir zaman nədənsə hələ də vətəndaşlarımızın bir hissəsinin soyuqdan əziyyət çəkdiyini görməməzliyə vuran məmurları isti yerlərindən tərpətmirlər.

P.S. Bu gün RBC TV-nin (Rusiyanın biznes kanalı) verdiyi xəbərlərə görə, Qərb “Qazprom” qarşısında “Cənub axını” layihəsinin gerçəkləşdiriləcəyi təqdirdə qazın satış qiymətlərində kifayət qədər endirim edilməsini tələb edib. Maraqlı yanaşmadır, deyilmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG