Keçid linkləri

İranda «YouTube», «Facebook» və «Google»a daşatma mərasimi


Müsəlmanların şeytana daşatma mərasimi. Səudiyyə Ərəbistanı. 27 noyabr 2009.

Müsəlmanların şeytana daşatma mərasimi. Səudiyyə Ərəbistanı. 27 noyabr 2009.

Bu həftə bloqqerlər müxtəlif mövzulardan yazıblar. Bloqçuların yazdıqlarını oxuculara təqdim edirik:

Bloqçu Müşviq Məmmədov İranda şeytan hesab edilən sosial və video şəbəkələr barədə bloq yazıb:
«Hacc ziyarəti zamanı zəvvarların şeytanı təmsil edən üç sütüna «daş atması» bu ziyarətin ayinlərindən biri sayılır. Məlumatlara görə, bir müddət əvvəl «Rəqamsal Media» mövzusunda İranda keçən sərgidə eyni ayin «Youtube», «Facebook» və «Google»-a qarşı həyata keçmişdir, beləki İran hakimiyyəti bu şəbəkələri şeytan sayır. Keçən ay keçən sərgidən çəkilmiş şəkildə, «Facebook», «Google» və «Youtube»-u təqdim edən üç qara sütün və yerə səpələnmiş daşlar aydın görünür. Bu şəkil isə sosial şəbəkələrdə geniş yayılmış «Youtube»-un daşlanması səhnəsidir.
Bu şəkilləri bölüşən bloqqer «Uranus» yazır ki, «Youtube» ona görə daşdanıb ki, İran hakimiyyətinin «cinayət»lərini bu şəbəkədə görmək mümkündür. Sonra o qeyd edir ki, «Siz ona görə istəmirsiniz ki, bunları görsünlər, sizin illərlə beyinləri yumaq üçün göstərdiyiniz səyləri bu videolar 5 dəqiqə ərzində yox edir».
«MƏNİM ƏZİZ BAYRAĞIM!»
Ötən həftə ədəbiyyatdan yazan bloqçu Fuad Şahbazov bu həftə 93 yaşı tamam olan Azərbaycan bayrağı haqda fikirlərini bölüşüb:
«Zamanında öndər bağırdı ki, «Bir kərə yüksələn bayraq bir daha enməz». Onun vaxtında da, ondan sonra da çalışdıq ki,o üçrəng ancaq səmada dursun.
Başımıza gələnləri də daha bir-bir saymıram.
Azərbaycan bayrağı

Azərbaycan bayrağı

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cumhuriyyəti «Üçrəngli Bayraq» haqqında qərar qəbul etdi. Sevindirici xəbər idi. İmperiya əli altında oturub-duran dövlət birdən-birə Şərq tarixinə adını «İLK» olaraq yazdırdı. Şərqdə «Dövlətçilik» anlayışının sinoniminə çevrilən «AXC»-dən miras qalan üçrəngli bayraq. Bayraq haqqında uzun-uzadı yazsan o qədər çox sual çıxar. Əgər vətəndaş adı ilə küçədə danışıb, çayxanada, kafedə gülürüksə dövlət atributuna olan hörmət-sevgi borcumuzu da unutmaq olmaz!
Çünki ən azı mən buna «Sonsuz borc» kimi baxıram. Borc igidin qamçısıdır! 93 yaşın mübarək mənim əziz bayrağım!»
«ŞƏHİDLƏR MƏSCİDİ»NİN BAĞLANMASINA KİM SEVİNİB?
2009-cu ilin aprelində Bakıda «Türk məscidi» adıyla tanınan «Şəhdilər Məscidi»nin bağlanmasıyla bağlı bloqçu Natiq Ədilov yazır ki, məscidin bağlanmasına ən çox Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə sevinibmiş:
Şəhidlər məscidi

Şəhidlər məscidi

««Türk Məscidi»ni bağladılar. Rəsmi izah belə oldu ki, məscid təmirə görə bağlanıb. Bunun yalan olduğuna o zaman da əksəriyyət əmin idi. Hamı bilirdi ki, bu qapanmaının arxasında siyasi maraqlar var. Hökumətin siyasi marqlından çox yazılıb. əlavə nəsə yazıb başınızı ağırıtmayım.
Bu günlərdə kitabxanamdakı Şeyxülislam Allahşükür Paşazadəyə həsr olunan kitabı vərəqləyirdim. Bu kitab 1999-cu ildə 2 min nüxsə ilə çap olunub, onun tərtibatçısı Cavanşir Paşazadədir. C. Paşazadə ön sözdə kitabı şeyxin 50 illiyinə hədiyyə olduğunu yazıb. Kitabda Şeyx haqda bir çox məqalələr və onun verdiyi müsahibələr cəmlənib.
Müsahibənin birini oxuyanda təəccübümdən gözlərim bərəldi. Heç demə, «Şəhidlər camisi»nin bağlanmasına bu ölkədə sevinən ən birinci adam Allahşükür Paşazadə imiş».

AVTOBUSDA İKİ AZYAŞLININ SÖHBƏTİ

Avtobsuda iki azyaşlının söhbət etdiyini görən bloqçu Bəyim onların hansı mövzu barədə müzakirə etdiklərini yazıb:

«Avtobus güclə hərəkət edirdi. Ayaq üstə dayanmışdım. Yanımda iki balaca uşaq dayanmışdı. Bir qız, bir oğlan. Musiqi dinləyirdim. Qulağımda qulaqcıq var idi təbii ki. Gördüm uşaqlar nəsə maraqlı söhbət edirlər. Qulaqcığı çıxardım. Dinləməyə başladım. Deməli belə, qız oğlana (deyəsən qardaşı idi) deyir: «Royal, de görüm necə olur ki, bizim iki gözümüz ola ola bir şeyə baxanda iki dənə yox bir dənə görürük?» Açığı bu sualdan çaşdım. Dedim görəsən cavabını bilir? Qardaşı (böyük ehtimalla qardaşı idi) cavab verə bilmədi. Sonra balaca qız başladı izah etməyə. O qədər gözəl izah etdi ki, necə deyərlər matım mutum qurudu. Sonra isə hansısa xarici bir kanalda baxdığı, hansısa verlişdən öyrəndiyini dedi. Və bu tipli suallarını davam etdirdi».

Şərhləri göstər

XS
SM
MD
LG