Keçid linkləri

Televiziya kanallarının internet şəbəkəsində yayımlanması ilə məşğul olan şirkətlərin fəaliyyəti lisenziyalaşma tələb edə bilər. Bu haqda jurnalistlərə Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, aparılan monitorinqə əsasən, hazırda internet şəbəkəsində 20-dən artıq telekanal fəaliyyət göstərir.

"Bu gün telekanalların internet şəbəkəsində yayımlanması üçün lisenziya tələb olunmur. Bununla əlaqədar onlar sərbəst fəaliyyət göstərirlər. Biz hesab edirik ki, bu, yalnız başlanğıcdır. Onlar bu texnologiyaya yiyələnməli və onu inkişaf etdirməlidirlər. Lakin əgər tələb olunarsa, Milli Televiziya və Radio Şurası bu məsələyə (internet-TV-nin lisenziyalaşdırılmasına) baxa bilər", - Abbasov deyib.

Şərhləri göstər

XS
SM
MD
LG