Keçid linkləri

Bu həftə bir yazar hədələndi və yeni nəşrə başlayan qəzetin dərci dayandı. Yazarların hədələnməsi və qəzetlərə təzyiq bu ölkədə elə də qeyri-adi bir hadisə deyil və bununla çətin ki, kimisə heyrətləndirə biləsən. Məni ən çox narahat edən budur ki, belə faktlarla dünyanı da təəccübləndirmək mümkün deyil. Maraqlı bir statistika ilə rastlaşmışam. Hazırda dünyada 179 yazar öz peşəsi ilə bağlı məhbus həyatı yaşayır. Onlardan düz 42 nəfəri İranın payına düşür.

Mən mətbuat haqqında düşünəndə ağlıma gələn ilk ifadə «cəsarət həddi» olur. Bəzi ölkələrin, o cümlədən də Azərbaycanın yazarları çoxdan bu həddi aşıblar, onun hüdudlarından kənarlarda yaşayırlar. Bunlara daha çox «söz kaskadyorları» ifadəsi yaraşır, özünü ifadə etmək və nəsə yazmaq bu ölkələrdə filmlərdəki kimi tryuk göstərmək deməkdir. Daha bir faktı deyim ki, sirkdə akrobatların, kinoda kaskadyorların, ruslar demişkən, həm də «straxovkası» olur. Lakin yazarların belə bir təminatı yoxdur.

Təkcə Azərbaycanda yazarlara belə təminat vermək üçün neçə illərdir diffamasiya ilə bağlı müzakirələr aparılır, lakin hakimiyyət bununla bağlı qanunun qəbul edilməsini yubadır. Onu bir ildən o biri ilə ötürür. Yazarlar da sanki növbə ilə məhbəs həyatının acılarını dadmalı olurlar. İndi bir çox meyarlar və ölçülər müəyyən etmək olar və hətta yazarların vəziyyətinin elə dramatik olmadığını iddia etmək olar – hər halda, ölkədə qəzetlər çıxır, hakimiyyət tərəfindən elə bir təpki yoxdur, yazarlar yazılarına görə təpkilərə məruz qalmır, həbslər isə daha çox yazarların bilavasitə mətbuat fəaliyyətindən kənar əməllərinə görə baş verir. Amma bu, bir «sosial maket»dir və o, beynəlxalq təşkilatların və institutların sorğularına cavab vermək üçündür. Foto: Arxiv

Foto: Arxiv

Fəqət, bu «maket»in içinə boylananda və onun içini müşahidə edəndə, həqiqət daha çılpaq görünür.

O ki qaldı, hakimiyyətin iddialarına, onlar hadisələri bu cür izah etməyə, onları məhz belə yozmağa adət ediblər. Yazarın və hüquq müdafiəçisinin isə adəti heç nəyi apriori qəbul etməmək və hər şeyin mahiyyətinə varmaqdır.

Amma bəzi suallar var ki, onları səsləndirmək hər halda mane olmazdı. Yazarların bir potensial təminatını qeyd etdik. Bu, diffamasiya haqda qanunun qəbul edilməsi ola bilər. Bu, heç cür mümkün deyilsə, onda başqa güzəştlər düşünmək lazımdır. Yazarın məsuliyyətini cərimə ilə məhdudlaşdırmaq olar. Amma burada dərhal başqa bir problem yada düşür...

CƏRİMƏLƏRƏ SİMVOLİK MƏZMUN VERMƏK OLMAZMI?

Bu yaxınlarda qəzetlərdən birinə qarşı qaldırılmış iddia məni heyrətə gətirdi. Ədəd dəqiq yadımda deyil, amma iddiada bir milyon manatdan artıq cərimə nəzərdə tutulmuşdu. Bu, Azərbaycan reallıqları üçün elə bir yenilik deyil. O qədər belə cərimələr olub ki... Amma hər dəfə də bu, təkrarlanır. Olmazmı ki, cərimə üçün qanunda bir hədd müəyyən edilsin – məsələn, minimum əməkhaqqının bir neçə mislindən çox olmamaq! Axı bir milyon manatı nəinki bir ölkənin, bəlkə də bütün bölgənin qəzetləri bir yerə toplaşsalar belə ödəmək iqtidarında Foto: Arxiv

Foto: Arxiv

olmazlar!

Bir dəfə redaktorlardan biri televiziya müsahibəsində dedi ki, ona qarşı qaldırılmış maddi iddia ilə əlaqədar psixiatrik arayış verilməsi haqda özü iddia qaldırmaq niyyətindədir. Çünki normal adam kompensasiya tələb edəndə düşünməlidir ki, qəzetin, tutaq ki, bir milyon manat ödəməsi fantastikadır, heç bir qəzetin belə bir imkanı yoxdur və belə iddiaların faktiki olaraq bir məqsədi var: qəzetin bağlanması... Hakimiyyət diffamasiya ilə bağlı cinayət məsuliyyətini normal şüurun qəbul edə biləcəyi bir cərimə ilə əvəz etsəydi, buna da şükür etmək olardı. Əks təqdirdə, indiki cərimələrə baxanda adama elə gəlir ki, bu ölkədə nəhəng media holdinqlər fəaliyyətdə bulunur və onlar üçün milyon manatlar bir qəpik – quruşdur!

ZƏRƏR ÇƏKƏN ÜÇÜN ƏSAS NƏDİR? TƏKZİB, YOXSA...

Bu, bəlkə də psixoloji məqamdır. Bir çox hallarda adam başa düşə bilmir ki, zərərçəkən nə istəyir? Ona öz reputasiyasının təsdiqi lazımdır, yoxsa qəzet kollektivinin tam iflasına nail olmaq? Ciddi reputasiyaya malik qəzet üçün üzr istəmək və təkzib vermək artıq cəzadır. Mətbuatdan bundan artıq tələb etməyin heç bir mənası yoxdur – yazıldı və təkzib olundu, üzr istənildi! Bəs deyilmi? Çox qəribədir ki, digər inzibati hüquq pozuntuları üçün cərimələrin bir həddi müəyyən edilir. Amma mətbuata qarşı qaldırılan iddiaların həddi və sərhədi yoxdur! Bu, normal haldırmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG