Keçid linkləri

Rusiya alimləri yerin altında buzluqda 30 min il qalmış toxumdan gül yetişdirə biliblər.

Silene stenophylla adlı bu gül dünyada regenerasiya olunmuş ən qədim bitkidir.


Silene stenophylla

Silene stenophylla

Araşdırmalara rəhbərlik edən Rusiya Elmlər Akademiyasının Hüceyrə Biofizikası İnstitutunun alimi Svetlana Yaşina deyir ki, canlandırılan gül Sibirdə eyni ərazidə bitən digər belə güllərə çox oxşardır.

Alimlər Rusiya tədqiqatçılarının bu uğurunun elmdə inqilab edə biləcəyini düşünürlər.
Onların fikrincə, Buz Dövrünün heyvanlarını da canlandırmaq mümkün ola bilər.

Hazırda Yaponiya alimləri Sibirdə axtarışdadırlar. Onlar mamontların qalıqlarını axtarırlar ki, mamontların regenerasiyasına cəhd etsinlər.
XS
SM
MD
LG