Keçid linkləri

Müsavat başqanı İsa Qəmbərin mahnı festivalı zamanı müxalifətçi məhbusları müdafiə etmək kampaniyası ilə bağlı müraciəti bir neçə gün siyasi gündəmi zəbt etdi desək, yəqin, yanılmarıq. Dövlət rəsmiləri, müxalifət təmsilçiləri və hətta hüquq müdafiəçiləri bu məsələyə biganə qalmadı. Bəzi telekanallar bir qədər də irəli gedərək şəhərdə adi vətəndaşların bu məsələyə münasibətini öyrənməyə çalışdılar, mövzu hətta siyasi «talk show»nun predmetinə çevrildi.

Məsələ nədən bu qədər maraq kəsb edir?

NƏ DAHA ÇOX UTANC GƏTİRİR - İNSANLARIN MƏHBƏSDƏ OLMASI, YOXSA ETİRAZ AKSİYASI?

Bu məsələ cəmiyyət üçün maraq kəsb etdiyindən ona toxunmaq qərarına gəldik. Məsələ bəlkə də ona görə o qədər rezonans yaratdı ki, söhbət müxalifətçi məhbusların, artıq bəzi beynəlxalq təşkilatların vicdan məhbusu hesab etdiyi insanların müdafiəsindən gedirdi. Vicdan məhbusu və yaxud da ki, siyasi məhbus problemi isə Azərbaycanda əvvəllər də ciddi mübahisələrə və müzakirələrə səbəb olub. Üstəlik, bu, tək Azərbaycan üçün xarakterik deyil. Elə bu günlərdə Rusiyada Boris Nemtsov da prezident Dmitri Medvedevə 37 siyasi məhbusun siyahısını təqdim etmişdi. Bəzi təxminlərə görə, Azərbaycanda da onların sayı az deyil və 20 nəfərə yaxındı.

Bəs hakimiyyət mahnı festivalı zamanı müxalifətin etiraz etməsindən nədən bu qədər ehtiyat edir? Hakimiyyət və ona yaxın insanlar belə hesab edir ki, mahnı festivalı zamanı belə aksiyaların keçirilməsi ölkəyə bir utanc gətirər. Burada əvvəllər də dəbdə olan siyasi psixologiyanın təzahürünü görməmək və duymamaq mümkün deyil. «Eurovision» Moskvada - 2009

«Eurovision» Moskvada - 2009

O, budur ki, evin sirrini çölə çıxarmazlar! Bu məntiqlə hesablaşmaq olar, evin problemi onun öz içində həll edilərsə! Bəs evin problemi onun öz içində həll edilmirsə, onda nə etməli?

Hakimiyyət bir suala cavab vermir: Ölkə üçün nə daha çox utanc gətirir? 20 nəfər siyasi məhbus deyilən şəxsin məhbəsdə olması, yoxsa etiraz aksiyası? Üstəlik, bu məsələni də qeyd etmək lazımdır ki, bütün dünyada beynəlxalq tədbirlər və görüşlər zamanı etiraz aksiyalarının keçirilməsi adi haldır. Məsələn, demək olar ki, hər il Davosda İqtisadi Forum keçirilərkən qloballaşma əleyhdarları buna öz etirazlarını bildirmək üçün ora toplaşırlar. Bu, necə deyərlər, adi bir praktikadır. Digər tərəfdən, dünyada belə hesab edilir ki, insan haqları heç bir dövlətin daxili işi deyil. Avropa Şurasında keçən 10 il müddət ərzində bu siyasi fəlsəfə ilə tanış olmaq və onunla barışmaq olardı, xüsusən də nəzərə alanda ki, Azərbaycan bunu bir hüquqi bazis kimi qəbul edib, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanıyıb.

İSLAH OLUNMAQ NƏ DEMƏKDİR?

Həmişə problem təklif edəndə, ondan çıxış yolunu da göstərirlər. O mənada adıçəkilən məsələ də istisna deyil.

1. Müxalifət artıq bəyan edib ki, məhbus müxalifətçilər azadlığa buraxılacağı təqdirdə etiraz aksiyalarına müraciət Foto: Arxiv

Foto: Arxiv

etməyəcək.

2. Hakimiyyət təmsilçiləri isə bu xüsusda açıqlama verməyə tələsmirlər. Bəlli deyil ki, onların bu konkret təklifə münasibəti necədir? Hakim partiyanın və məmurların səyi daha çox ona yönəlib ki, müxalifətin ətrafında ictimai qınaq mühiti yaratsınlar. Onlar daha çox belə arqument səsləndirir ki, əfv edilmiş insanlar islah olunmur. Amma əvvəllər də yazmışıq ki, islah olunmaq daha çox cinayət törətmiş, kriminal təbiətli şəxslərə aiddir. Onların məntiqinə və arqumentlərinə görə əfv edilmiş şəxslər bir daha etiraz aksiyalarında iştirak etməməlidir! Bu məntiq daha çox İran kimi dövlətləri xatırladır. İranda bir də görürsən ki, rejissora 10 il film çəkmək, müğənniyə oxumaq, siyasətçiyə də siyasətlə məşğul olmaq yasaq edilir! Bu, faktiki olaraq o deməkdir ki, hüquq və azadlıqlarınızın bir hissəsindən könüllü şəkildə əl çəkin! Nə demək olar?

Nelson Mandelanın maraqlı bir fikri var: «Bəzi ölkələrdə prezident olmaq üçün lap əvvəl məhbus olmaq lazımdır!». Təbii ki, bu, bir zarafatyana deyilmiş fikirdir. Amma o həqiqət də ola bilər, çünki bir çox hallarda həqiqət zarafatla deyilir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG