Keçid linkləri

Fevralın 27-də Cenevrədə BMT-yə internet üzərində nəzarət hüququ verən yeni bir müqavilə ilə nəticələnə biləcək diplomatik proses başlayacaq.

Onlarla ölkə, o cümlədən Rusiya və Çin bu ilin sonuna qədər buna nail olmağa çalışır. Rusiyanın baş naziri Vladimir Putin ötən ilin iyununda demişdi ki, onun və müttəfiq ölkələrin məqsədi internet üzərində Beynəlxalq Telekommunikasiya İttifaqı vasitəsilə nəzarət qurmaqdır.

Əgər buna nail olsalar, bu, 1988-ci ildən bu yana sürətlə çiçəklənən interneti alt-üst edəcək. 1988-ci ildə 114 ölkənin nümayəndəsi Avstraliyada bir araya gələrək beynəlxalq telekommunikasiyanın köklü şəkildə liberallaşmasına zəmin yaradan bir müqaviləyə imza atmışdılar. Bu müqavilə sayəsində internet hər hansı iqtisadi və texniki tənzimləmədən azad olmuş və tarixin ən böyük nizamlanmayan uğuruna çevrilmişdi.

1995-ci ildə internetdən dünya üzrə 16 milyon insan istifadə edirdisə, 2011-ci ildə bu rəqəm 2 milyardı keçib. Bu ildırım sürətli artım hökumətlərin əllərini internetdən uzaq saxlamalarının bilavasitə nəticəsidir. İnternetə çıxış imkanı xüsusilə mobil telefon vasitəsilə insanın şəraitini istənilən başqa texnologiyada daha çevik, tez və fundamental şəkildə dəyişə bilir.

Marketlərdən uzaqlarda yaşayan fermerlər öz məhsullarının alıcılarını internet vasitəsilə asanlıqla tapır. Bununla də məhsullarını bazara apararkən onları gözləyən risklər və xərclərdən azad olurlar. Yaxud da valideynlər internetlə xəstə övladları üçün dərmanları onlayn tapa bilirlər. Siyasi azadlıq tərəfdarları internet vasitəsilə informasiya mübadiləsini rahat həyata keçirir və daha yaxşı təşkilatlana bilirlər.

RUSİYA, ÇİN VƏ ONLARIN MÜTTƏFİQLƏRİ HƏMİN 1988-Cİ İL MÜQAVİLƏSİNƏ DÜZƏLİŞLƏR ETMƏK İSTƏYİRLƏR

Bu ilin dekabrında keçiriləcək konfransda müzakirə olunacaq həmin təklifləri nəzərdən keçirəndə bunları görmək olar. Kiber təhlükəsizliyə və məlumatların məxfiliyinə beynəlxalq nəzarət tətbiq etmək, dövlətə məxsus telefon şirkətlərinə və dövlət büdcələrinin gəlirini artırmaq məqsədilə beynəlxalq internet trafikinə görə, telefon şirkətlərinin rüsum tutmasına icazə vermək və s.

Hazırda tənzimlənməyən provayderlərarası tarfiklə mübadilə sazişlərinə misli görünməmiş iqtisadi tənzimlənmə tətbiq etmək, .com və .org veb orqanlarının koordinasiyasını həyata keçirən, gəlir götürməyən qeyri-kommersiya qurumu olan İCANN kimi internet qurumlarını beynəlxalq telekommunikasiya ittifaqının nəzarəti altına keçirmək və s.

Bəzi hesablamalara görə, hazırda BMT-yə üzv olan 193 ölkədən 90-ı dəyişikliklərə səs verməyə hazırdır. Bu isə internetə nəzarət qərarının qəbulu üçün lazım olan səs çoxluğundan cəmi 7 səs azdır.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG