Keçid linkləri

Təcili xəbərlər

CERN Einstein davası davam edir


İşıq sürətindən böyük sürət alınan təcrübələrdə fiziklər mümkün xətanın yerini tapıblar.

Bunu Cenevrədəki CERN - Nüvə Tədqiqatları üzrə Avropa Təşkilatı bildirir.

CERN-in sözçüsü James Gillies deyib ki, təcrübədəki xəta fiber-optik birləşmələrlə bağlı ola bilər.

Bu da təcrübənin nəticəsinə təsir edə bilərdi.

James Gillies AzadlıqRadiosuna deyib ki, gələcək hesablamalar və yeni təcrübə ilin sonuna kimi aparılacaq.

CERN təcrübədə işıq sürətindən böyük sürətə nail olduğunu iki dəfə elan edib.

CERN axırıncı dəfə sentyabrda bildirdi ki, neytrinoya işıq sürətindən böyük sürət verilib.

Ancaq bu, Albert Einsteinin nisbilik nəzəriyyəsinə ziddir.

Einstein nəzəriyyəsinə görə, maddənin sürəti işıq sürətindən böyük ola bilməz.

James Gillies deyir ki, yeni təcrübələr nisbilik nəzəriyyəsini yəqin ki, təsdiq edəcək.

Ən son yazılan

XS
SM
MD
LG