Keçid linkləri

Fransa rəsmiləri deyirlər ki, yəhudi məktəbinin yaxınlığında baş verən hücumda azı 4 adam ölüb. Onların 3-ü məktəblidir. Bir neçə adam yaralanıb. Birinin vəziyyəti ağırdır.

Hadisə martın 19-da Tuluza şəhərində baş verib.

Polis hücumu törədən şəxsi axtarır. Şahidlər deyirlər ki, o, motosikletdə olub.

Prezident Nicolas Sarkozy deyib ki, ötən həftə eyni regionda iki əsgərin öldürülməsi ilə yəhudi məktəbinin yaxınlığında baş verənləri əlaqələndirmək «çox tezdir».

Sarkozy və digər rəsmi şəxslərin hadisə yerinə gedəcəyi gözlənir.

**
Fransada yəhudi məktəbinin yaxınlığında üç məktəbli öldürülüb.

Hadisə Tuluza şəhərində yerləşən məktəb ətrafında baş verib. Hücum zamanı iki uşaq və bir yeniyetmə həlak olub.

Hadisəni motosikletlə olan və hadisə yerini tərk edən şəxsin törətdiyi güman olunur.

Bu hadisədən əvvəl üç fransız əsgəri motosikletdə olan bir adam tərəfindən güllələnib. Hər iki hadisə eyni regionda baş verib.

Hələ ki, hər iki hadisə arasında əlaqə olub-olmadığı aydın deyil.
XS
SM
MD
LG