Keçid linkləri

Təcili xəbərlər

Dörd qanadlı, səsdən sürətli təyyarələr hazırlanır


Səsdən sürətli təyyarə modeli
Səsdən sürətli təyyarə modeli
Amerika alimləri iddia edirlər səsdən sürətli yeni tipli təyyarə hazırlayırlar. Nevadada yerləşən Aeron Corporation şirkətinin üzərində işlədiyi Supersonic Business Jet (SSBJ – mənası “səsdən sürətli biznes təyyarəsi” deməkdir) 2015-ci ildən sərnişinlərə xidmət göstərəcək.

İndiyədək səs sürətini keçən məşhur Concorde (Fransa-Britaniya) təyyarələri 2003-cü ildən istifadədən çıxarılmışdı. Bunun əsas səbəbləri Concorde təyyarələrinin həddən artıq yanacaq işlətməsi, güclü səs və sərnişin sayının məhdud olması idi. İndi Amerika alimləri bəyan edilər ki, Concordun həll edə bilmədiyi texniki problemlərin öhdəsindən gəliblər.

Massaçusets Texnologiya institutnun media üçün yaydığı açıqlamada problemlərin həlli izah olunur: təyyarənin 2 yox, 4 qanadı var (hər tərəfdə 2 qanad). Aeronavtika və kosmos elmləri professor assistenti Qiqi Wanq deyir ki, qanadların sayının artırılması təyyarə korpusunun hava müqavimətini azaldacaq, nəticədə nisbətən az yanaqcaq istifadə olunacaq. Onun sözlərində görə, qanadların ən optimal formasını müəyyən etmək üçün 700-dən artıq qanad variantı sınaqdan keçirilib. Qiqi Wanq iddia edir ki, onların seçdikləri qanad formasında təyyarə ənənəvi konstruksiyalardan 2 dəfə az benzin yandıracaq.

Bundan başqa, 4 qanadlı təyyarə forması "səs baryerini" aşarkən (səs sürətini keçən məqamda baş verən hava fenomeni) əmələ gələn partlayış səsini zəiflədir.

4 qanadlı təyyarələr ideyası dünya aeronavtikasında yeni deyil. İlk təyyarə konstruksiyalarında qanadlar al-üst idi. Hələ 50-ci illərdə isə alman mühəndisi Adolf Busemann 4qanadlı supersonic təyyarənin layihəsini hazırlamışdı.

Qiqi Wanq deyir ki, hazırda Yaponiyada Adolf Besmannın ideyalarının inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni, səsdən sürətli təyyarərlər Concorde kimi, pul kisəsi qalın olan sərnişinlər üçün nəzərdə tutulur. Fransadan Nyu-Yorka 3 saat yarıma üçmaq hər adamın cibinə uyğun olmayacaq.

Ən son yazılan

XS
SM
MD
LG