Keçid linkləri

Steve Jobs ölsə də, onun beyninin məhsulu olan «Apple» şirkəti günü-gündən güclənir. Onun səhmlərinin qiyməti təkcə bu il 50 faiz artıb. Bununla da «Apple» Amerika səhmdarlarının ən dəyərli şirkətinə çevrilib. Hazırda şirkətin dəyəri 550 milyard dollardan çoxdur.

Böyük Britaniyanın «Economist» jurnalı yazır ki, kapital bazarının nəhəngi kimi «Apple» qeyri-adi şirkətdir. Son 20 ildə yalnız 3 şirkət Amerika səhm bazarında ən dəyərli şirkət statusu qazanıb. Bunlar «Exxon Mobil», «General Electric» və «Microsoft» şirkətləridir.

Düzdür, ilk iki şirkətlə müqayisədə «Apple» kiçikdir. «Exxon Mobil»in illik gəliri 486 milyard dollar olduğu halda «Apple»ninki 108 milyard dollardır. «General Electric»in 301 min işçisi var, «Apple»nin işçilərinin sayı isə 60 mindir. Ancaq «Apple»in inkişaf perspektivləri «Exxon Mobil» və «General Electric»in səhmdarlarının xəyal edə bilməyəcəyi qədər böyükdür. «Apple»nin son rübdəki satışı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıq olub. 2013-cü ildə onun gəlirləri 3 dəfə artacaq.

Bəs «Apple»nin səhm bazarındakı hegemonluğu nəyə dəlalət edir? Son 11 ildə «Apple» 3 məhsul buraxıb – «iPod», «iPhone» və «iPad». Bu məhsullarla istehlakçıların xəyallarını reallaşdırıb. «Apple» sübut edib ki, hətta qənaət dövründə belə istehlakçılar bu cür planşetləri əldə etmək üçün pullarından keçirlər. «Apple» qloballaşmadan ən çox faydalanan şirkətlərdəndir. O, öz məhsullarını Asiyada ucuz istehsal etməklə yanaşı, az maliyyə ilə hazır məhsulu orada rahatlıqla da sata bilir.

Şərhləri göstər

XS
SM
MD
LG