Keçid linkləri

Bəşəriyyətin güclü yarısı – kişilər tezliklə Yer üzündən silinəcəklər.

Bəzi alimlər belə iddia edirlər. Amma amerikalı genetiklər onlarla razılaşmırlar. Hesab edirlər ki, kişilər məhv olmayacaqlar. Sadəcə, Y kişi xromosomunda bəzi-para dəyişikliklər qaçılmazdır.
Bu haqda «Vesti.ru» yazır. Dövlət Elmi Tədqiqat İnstitutunun molekulyar diaqnostika laboratoriyasının genetiki Valeriy Nosikov deyib ki, amerikalı genetiklər kişi xromosomu – Y-nin mutasiyaya uğrayacağını deyirlər. Bu da o deməkdir ki, gələcək nəsillər daha zərif olacaqlar, yəni osmanlılar demiş qadınsal olacaqlar. Amma rusiyalı alim əmindir ki, bu baş verməyəcək: «İnsanın təşəkkülündən sonra - 400 min il əvvəl – insanın evolyusiyası başa çatıb, indi insan prinsipial şəkildə dəyişmir».
Hərçənd Nosikov qeyd edib ki, insan hələ də ətraf mühitə uyğunlaşır: «Bu evolyusiya deyil, amma növ daxilində seçim gedir».
Y xromosomuna gəlincə, alim deyib ki, bu xromosom uzun min illiklər ərzində gedən həqiqi evolyusiyanın məhsuludur.
XS
SM
MD
LG