Keçid linkləri

Sağlarla solların birliyi mümkündürmü?


Rusiya Kommunist Partiyasının fəalları aksiyalarında Stalinin portretini götürüb. 21 dekabr 2011

Rusiya Kommunist Partiyasının fəalları aksiyalarında Stalinin portretini götürüb. 21 dekabr 2011

Ölkədə teledebatlar və diskussiyalar o qədər az baş verir ki, hər dəfə bu cür hadisə baş verəndə adam onun təsirindən ayrıla bilmir. Məhz bu günlərdə solçuluğun perspektivilə bağlı teledebat keçirildi.

Bu məsələlər o səbəbdən maraq kəsb edir ki, bizim siyasətçilər gərəkdir ki, nəsə desinlər ki, təhlilçilər də bu fikirləri araşdırıb maraqlı bir şey tapıb ortalığa çıxarsın, əks təqdirdə təhlillər və analizlər qaranlıq otaqda qara pişiyi axtarmağa bənzəyir.

Sollar ortaq məxrəc, ümumi dil tapa bilmədilər. Azərbaycan gerçəkliyi üçün bu, o qədər də qeyri-adi hadisə deyil. Həm də əski kommunist platformasından çıxış edən və bu müstəvidə fəaliyyət göstərən solçularla ümumi dil tapmaq bir o qədər də asan məsələ deyil, hətta müşküldür.

Çünki ölkədə və dünyada baş verən proseslər belə solçulara heç bir təsir göstərməyib. Onlar özlərinin geosiyasi oriyentasiyalarını dəyişməyiblər, hələ də vahid kommunist dövləti haqda danışır, keçmiş SSRİ-nin bərpasına işarə vururlar.

Mən bütün bunlar haqda düşünərkən bugünkü Rusiya yadıma düşdü. Son aksiyalar və etiraz dalğaları nə göstərdi? Hansısa keyfiyyət dəyişikliyi hiss olunurmu və yaxud da heç olmasa bunun rüşeymləri haqda danışmaq mümkündürmü?

İTTİFAQ... ÖZÜ DƏ SOLLARLA SAĞLAR ARASINDA

Yazının baş sualı sollarla sağların ittifaqıdır. Bunu hələ də mümkün saymır və hətta az qala buna gecə ilə gündüzün və ağla qaranın ittifaqı kimi baxırlar.

Lakin Rusiyadakı proses göstərdi ki, mümkündür. Bütün partiyalar günəşin altında özü üçün bir yer tapmaq haqqında düşünəndə hətta sollarla sağların birliyi də mümkün olur.
Əgər cəmiyyətdə solçu və sağçı eyni hüquqlara can atırsa və eyni bir sosial status uğrunda mübarizə aparırsa onlar arasında birlik mümkündür.


Sol cəbhə Rusiyada da mübahisəlidir, çünki burada E.Limonov və digərləri kimi mübahisəli reputasiyaya malik olan siyasətçilər mövcuddur. Axırıncı aksiyadan sonra E.Limonov «qapını örtün, biz başqa yolla gedəcəyik» dedi.

Lakin başqa yol varmı? Mən ötən dəfə meqalotimiya və izotimiya haqda yazmışdım. Biri başqalarından üstün olduğunun etirafını nəzərdə tutur, digər isə başqaları ilə bərabərləşmək uğurunda mübarizədir.

SAĞ GƏLƏNDƏ VERGİNİ AZALDIR, SOL GƏLƏNDƏ ARTIRIR

Əgər cəmiyyətdə solçu və sağçı eyni hüquqlara can atırsa və eyni bir sosial status uğrunda mübarizə aparırsa onlar arasında birlik mümkündür. Sağlar özlərinin iqtisadi platformalarında dövlət və kooperativ mülkiyyəti üçün yer saxlayırlar. Sosial-demokratlar da xüsusi mülkiyyətin mövcudluğu ilə tam barışır.

Məhz bu amilə görə bütün dünyada sağların solları və yaxud tərsinə solların sağları əvəz etməsi ölkənin iqtisadi ukladında, konstitusiyanın ilkin və təməl prinsiplərində heç bir dəyişikliyə səbəb olmur. Əsas predmet indi vergidir, onu ya artırırlar, ya da azaldırlar.

Təbii ki, burada sosial hüquqlar məsələsini də qeyd etmək lazımdır. Sollar sosial proqramlar üçün dövlətin cibinə daha çox əl uzadır, sağlar isə bunu azaldırlar.

Mən indi Rusiyada bu məsələnin anlaşmasının izlərini axtarmaq istəyirəm. Düşünürəm ki, özlərini sağlarla bir aksiyada çox rahat hiss edən sollar bunu anlamağa yaxındırlar.

Rusiyadakı siyasi prosesləri təhlil edənlər orada müxalifət qrupları arasında ideya fərqindən daha çox nəsil fərqi haqda danışırlar. Yeni nəsil, əski sovet dövrünü yaşamayanlar və onu xatırlamayanlar sollarla sağların bir müstəvi üzərində fəaliyyətini çox asan qəbul edirlər. Ona görə də onlar arasında bir inteqrasiya tendensiyası hiss olunur. Özün üçün bir fəza haqda düşünəndə başqası üçün də bunu düşün!

BALANS TƏK XARİCİ SİYASƏTDƏ OLMUR

D.Eyzenhauerin maraqlı bir fikri var: «solları sıxışdırmaqla ölkəni sağların diktaturasına və əksinə, sağları sıxışdırmaqla ölkəni solların diktaturasına çevirmək olmaz!». İndi bütün müasir dünyada bu qızıl orta gözlənir. Ona görə də orada daim sağlarla sollar arasında ciddi balans olur və bu balans da inkişafı təmin edir.
Hətta çətinlik və problem hiss etmədən ölkənin bütün vətəndaşlarının hakim partiyanın üzvü olduğunu elan edə bilərlər.

Burada bir maraqlı detalı da qeyd etmək istəyirəm. Azərbaycanda hakim partiya xarici siyasətdə balansı çox rahat qəbul edir və bunu gözləməyə cəhd edir, hətta bundan faydalanır.

Lakin daxildə siyasi və ictimai qruplar arasında da balans gözləmək onların ağılına belə gəlmir, bu fikri özlərinə yaxın belə buraxmırlar. Hətta çətinlik və problem hiss etmədən ölkənin bütün vətəndaşlarının hakim partiyanın üzvü olduğunu elan edə bilərlər.

Rusiyada da hakim partiya mənsubları və hətta yaşlı nəslə mənsub olan müxalifətçilər belə düşünür. Lakin yeni nəsil ölkəni sağların və yaxud da solların qoruğuna çevirmək istəmir.

Düzdür, o proses hələ rüşeym halındadır, hələki Züqanovun Putini əvəz edə bilməsi ABŞ-da olduğu kimi demokratların respublikaçıları əvəz etməsi qədər problemsiz və itkisiz təsəvvür olunmur. Məhz ona görə Putin Züqanovu özünə rəqib etdi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG