Keçid linkləri

Təcili xəbərlər

Latviyada təhsil təklif edilir


Latviyanın Təhsilin İnkişafı üzrə Dövlət Agentliyi 2012-2013-cü tədris ili üzrə təhsil müəssisələri və yay məktəbləri üçün təqaüd proqramları təklif edir.

Proqramlara 2012-2013-cü tədris ili üzrə Latviyanın ali təhsil müəssisələrində 10 ay müddətinə təhsil almaq istəyənlər üçün təqaüd proqramı, 5 ay müddətinə tədqiqat işi ilə məşğul olmaq istəyən şəxslər üçün təqaüd proqramı, eləcə də 2012-ci ildə yay məktəblərində iştirak etmək istəyən şəxslər üçün yay kursları daxildir.

Ərizə formaları Latviyanın Təhsilin İnkişafı üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilib.
XS
SM
MD
LG