Keçid linkləri

TQDK sədri: «İmtahanlarda «0» bal toplayan abituriyentlər 4 ilə mütəxəssis olarsa...»


Məleykə Abbaszadə

Məleykə Abbaszadə

Martın sonunda belə bir xəbər yayıldı ki, 22 min 332 nəfər qəbul imtahanlarında «0» nəticə göstərdiyi halda diplom alıb. Bu dəfə bu məlumatı hansısa ictimai, ya da qeyri-hökumət təşkilatı deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqladı.

«SAXTA DİPLOM, YOXSA SAXTA MÜTƏXƏSSİS?»

Aprelin 10-da TQDK sədri Məleykə Abbaszadə daha bir açıqlama verdi:

«Diplom almaq onu göstərir ki, bu adam həkimdirsə, onu xəstənin yanına, müəllimdirsə auditoriyaya buraxmaq olar. Buna həmin ali məktəb, ya da müvafiq nazirlik cavabdehdir. Biz isə təhsil sahəsində mütəxəssis kimi hesab edirik ki, TQDK-nın qəbul imtahanlarında «0» və daha aşağı bal toplayanlar 4 il ərzində mütəxəssis ola bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. Bu zaman ikinci məsələ ortaya çıxır. Həmin şəxslər mütəxəssisdirmi? Dörd il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Qəbul imtahanlarında «0» bal toplayanların 4 ilə mütəxəssis yetişdirən bir təhsil sistemi varsa, biz buna çox şadıq”.

«MƏHKƏMƏ QƏRARINDAN KƏNAR KÖÇÜRMƏLƏR VARSA BİZ BUNA HAZIRIQ»

Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə bu günlərdə AzadlıqRadiosuna deyib ki, 2004-cü iləcən Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərdə qəbul açıq şəkildə aparılırdı:

«2006-cı ildə Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 4 ali məktəbinin filialının fəaliyyəti dayandırıldı. Həmin filiallarda təhsil alan tələbələr məhkəmənin qərarı ilə ali məktəblərə köçürüldü. Əgər məhkəmə qərarı varsa, biz Təhsil Nazirliyi olaraq bu qərarı yalnız icra edə bilərik. Bundan başqa 2 il öncə Moskva Açıq Universitetinin fəaliyyəti dayandırıldı. Oradan da xeyli sayda tələbələr köçürüldü. Əgər məhkəmənin qərarından kənar hansısa köçürmələr varsa, biz buna cavab verməyə Təhsil Nazirliyi

Təhsil Nazirliyi

hazırıq».

​Bayram Hüseynzadə deyir ki, Təhsil Nazirinin göstərişi ilə iki ildir ali məktəblərə köçürmələr dayandırılıb. Təhsil Nazirinin bu göstərişinə necə əməl olunub olunmadığını müəyyənləşdirmək üçünsə daha iki il gözləmək lazım gəlir.

AŞAĞI BAL TOPLAYANLAR ALİ MƏKTƏBİ NECƏ OXUYUBLAR?

Təhsil Nazirliyi məhkəmə qərarından kənar köçürmələr olmadığını bildirir. TQDK isə necə və hansı yolla olmasından asılı olmayaraq qəbul imtahanlarında 0 bal toplayanların diplom almasını şübhəli hesab edir. Burada söhbət təkcə tələbələrin universitetə hansı yola daxil olmasından yox, həmin ali məktəbi necə oxuması, imtahanlardan necə keçməsi və necə diplom almasından gedir.

Qəbulda aşağı bal toplayanların sayı, hansı ali məktəbə qəbul olunması, qəbul imtahanlarında göstərdikləri nəticə, haradan haraya köçürülməsi ilə bağlı məlumatlar «Tələbə-məzun məlumat bazasında yerləşdirilib. Bu baza ictimaiyyət üçün deyil, yalnız müvafiq dövlət qurumları, o cümlədən Prezident Administarsiyası və Nazirlər Kabineti üçün açıqdır.

Bu rəqəmlərin açıqlanmasından 15 günə yaxın vaxt keçir, hər hansı araşdırma, yaxud tədbir görülməsi barədə isə hələlik ictimaiyyətə heç bir informasiya verilməyib.

«BU, MİLLİ AYIBDIR»

Erkin Qədirli

Erkin Qədirli

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, normal ölkələrdə belə rəqəmlərin açıqlanmasından sonra təhsil naziri istefa verməli idi, həmin diplomları verən ali məktəblərin rəhbərlikləri barəsində tədbirlər görülməli idi:

«22 min nəfər.. Bu, normal hal deyil. Bu, rəzalətdir, milli ayıbdır. Təhsil sisteminin çürüməsidir. Bir deyil, beş deyil, on deyil ... bu bir sistemdir. Bu hal necə baş verib? Miqyası düşünəndə adamın tükləri ürpəşir. Yəni, bu, siyasi məsuliyyət məsələsinə gəlib çıxır. Bu, artıq pərakəndə pozuntu deyil ki, günahı, səhlənkarlığı hansısa məmurda axtarasan».

Prezident İlham Əliyev 2010-cu ildə «Tələbə-məzun Məlumat Bazası»nın yaradılmasını TQDK-ya tapşırıb. 2 milyona yaxın vətəndaşın təhsil məlumatlarını əks etdirən baza 2012-ci ilin martın 28-də təqdim edilib.

Şərhləri göstər

XS
SM
MD
LG