Keçid linkləri

Təcili xəbərlər

«Titanik» gəmisinin səfərə çıxmasından 100 il ötür [VIDEO və FOTOLAR]


Batan Titanikin arxiv görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Batan Titanikin arxiv görüntüləri

1912-ci ildə gəmi İngiltərənin Sauthempton limanından Nyu-Yorka yola düşüb. Gəmiyə «milyonçuların kapitanı» kimi tanınan Edward J. Smith kapitanlıq edirdi.

Gəmiyə məşhur varlı sərnişinlər toplaşmışdı. Onların arasında amerikalı biznesmen Benjamin Guggenheim, britaniyalı jurnalist William Thomas Stead və başqaları var idi.

Aprelin 14-də gəmi aysberqlə toqquşdu və 3 saat ərzində batdı. Gəmidə olan 2000-dən çox sərnişin və ekipaj üzvündən təxminən 1500-ü öldü. Ən ağır itki gəminin üçüncü sinfində olub - 710 sərnişindən yalnız 174-ü sağ qaldı. Gəmi heyətinin 70 faizi həlak oldu.

«Titanik» batandan sonra ABŞ və Britaniya tədqiqatçıları batma zamanı müxtəlif təhlükəsizlik qaydaları təklif etdi. 1913-cü ildə ilk dəfə Londonda «Dənizdə Təhlükəsiz Həyat» konfransı keçirildi. Konfransda qaydalar tərtib olundu ki, hər gəminin hər sərnişini üçün xilasedici qayığı olmalıdır. Hər səfər zamanı qayıqdan istifadə qaydaları öyrədilməlidir.

«Titanik»in sonuncu sağ qalan sakini Millvina Dean 2009-cu ilin iyununda öldü. Onun 97 yaşı vardı. M.Dean cəmi 9 həftəlik idi, ailəsi ABŞ-da yeni həyat qurmaq üçün Londondakı pivə barını satıb səfərə çıxmışdı. Atası ümid edirdi ki, okeanın o tayında mağaza açacaq.

AYSBERQDƏN NECƏ QORUNMALI

«Titanik»dən sonra «aysberqdən necə qorunmalı» sualı aktuallaşdı. «Beynəlxalq Buz Nəzarəti» konfransında Nyufaundlend ətrafında «Aysberq Xiyabanı» adlanan monitorinqin aparılmasına qərar verildi. Həmin ərazidə radar quraşdırıldı və aysberq təhlükələri barədə gündəlik bülleten çap edildi.

Cənub yarımkürəsi sularında üzən kapitanlar isə Avropa Kosmik Agentliyinin məlumatlarına güvənirlər.

Kanada sahillərində aysberq
Kanada sahillərində aysberq
Nəzarətçilər gündəlik məlumat versələr, aysberqlə bağlı riskləri, peykdən təsvirləri göstərsələr də, bu qəzalar indi də baş verir.

Bu qədər İnformasiya 2007-ci ilin noyabrında özəl tədqiqat gəmisini aysberqlə toqquşmadan qoruya bilmədi. 154 sərnişin sağ qalsa da, hadisə «New York Times»da «Müasir Titanik» kimi təsvir edildi.

İki ay sonra Antarktida da səyahətə çıxan gəmi idarəetməni itirib buzlaqlara dəydi. Güclü zərbə xilasetmə qayığını sındırsa da, gəmidəki 300 adam təhlükədən qurtula bildi.

Ötən il Antarktida sularında da aysberq Rusiya balıq gəmisini deşdi. 32 adam xilas olunması üçün iki həftə gözlədi.

Aysberq elə də qlobal problem deyil, amma hər il onunla bağlı hadisə baş verir.

AYSBERQLƏ NECƏ MÜBARİZƏ APARILMALI

Aysberqlə mübarizə üçün mütəxəssislər bir sıra təkliflər irəli sürüblər:

Partlayıcı maddələr: ABŞ sahil mühafizəçiləri 1950-ci illərdə aysberqləri partlatmağa cəhd edib və bunun 60-ı uğursuz olub.

Yedəkləmək: Aysberqləri kəndirlə dartmaq və yerini dəyişmək.

Yanğın nasosları: Yüksəktəzyiqli şlanqlar vasitəsilə aysberqə təsir etmək.

Əritmək: 2001-ci ildə Rusiya neft şirkəti təklif etdi ki, aysberqləri qaynar su ilə əritsinlər.

«Balmoral» «Titanik»in marşrutunu təkrarlayacaq
«Balmoral» «Titanik»in marşrutunu təkrarlayacaq
Okeanda radarın tuta bilmədiyi kiçik, amma gəmilər üçün təhlükəli buz parçaları da var. Şahidlər deyirlər ki, aysberqlər Yamaykadan böyük də ola bilər, kiçik bir maşın və ya pianino boyda da.

İKİNCİ «TİTANİK» SƏYAHƏT

Qayıdaq «Titanik»ə. Bu məşhur gəminin faciəli aqibətinin 100-cü ildönümü ilə əlaqədar Avropadan ABŞ-a səfər başlayıb.

«Balmoral» adlı gəmi aprelin 8-də Britaniyanın Sauthempton limanından yola düşüb. Gəmi «Titanik»in marşrutunu təkrarlayacaq.

Gəmidə «Titanik»də olan qədər sərnişin var: 1309 sərnişin (ekipaj üzvləri bura aid deyil). Səfər 21 gün davam edəcək və Nyu-Yorkda başa çatacaq.

Gəmidə 20-ci əsrin əvvəllərinin mühiti duyulur: menyudan tutmuş orkestrin repertuarına qədər. Sərnişinlər arasında «Titanik»də həlak olanların qohumları da var.

Aprelin 14-də «Balmoral»ın göyərtəsində anım mərasimi keçiriləcək. Həmin vaxt «Titanik»in aysberqlə toqquşduğu saatlardır.

Sərnişinlər qəzadan sonra sağ qalmış adamların da məzarlarını ziyarət edəcəklər.

Ən son yazılan

XS
SM
MD
LG