Keçid linkləri

İyunun 22-dən etibarən universitet tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələr keçiriləcək. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcək.

Tərbiri Gənclər və İdman nazirliyi təşkil edir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsidir.

Düşərgələr 6 iyul tarixinədək davam edəcək.

Tədbirin Azərbaycan “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramının 6.7 bəndinə uyğun olaraq gerçəkləşdiyi bildirilir.
XS
SM
MD
LG