Keçid linkləri

Təcili xəbərlər

«Rusiyada Böyük Çin Səddi yaradılır»


Rusdilli Wikipedia səhifəsi
Rusdilli Wikipedia səhifəsi
İnternet ensiklopediya Wikipedianın rus dilindəki bölməsi iyulun 10-da gecə saat 1:30 radələrində fəaliyyətini dayandırıb.

Bu yolla layihə üzvləri Dövlət Dumasının yayılması qadağan olan informasiyanı özündə birləşdirən domen və saytların vahid reyestrinin yaradılması haqqında qanun layihəsinə etiraz etməyə qərar veriblər.

Güman edilir ki, Wikipediaya gün ərzində giriş mümkün olmayacaq. Hazırda səhifəyə girəndə internet senzura ilə bağlı məlumatı əks etdirən banner görünür. Bannerdə yerləşdirilmiş keçid 89417-6 saylı qanun layihəsinə aparır, burda aktivistlər məlumat verir ki, «müzakirə olunan müddəa və ifadələr Rusiyada «Böyük Çin Səddi»nin analoqunu yaradacaq».

«İnformasiya haqqında» qanuna Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılması dəyişikliyi iyunun 7-də edilib.

2012-ci ilin əvvəlində Wikipedianın ingilis dilində olan bölümləri və digər resursları da bir neçə sutka işini dayandırmışdı. Bu isə SOPA-nın (Stop Online Piracy Act) piratçılığa qarşı qanun layihəsinə etiraz əlaməti olaraq təşkil edilmişdi.

Ən son yazılan

XS
SM
MD
LG