Keçid linkləri


ÜMİD NƏYƏDİR, NEFTƏ, YOXSA HÖKUMƏTƏ?


2012-ci ilin I yarısının yekunlarına həsr edilmiş hökumət iclasında Azərbaycan prezidenti İlham Əliyev maraqlı bir mövzuya toxunub. Prezident əmindir ki, “İqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən iki dəfə çox əhalini işlə təmin edək ”. Bundan başqa dövlət başçısı qeyd edib ki, gələn ilin büdcəsinin layihələndirilməsinə başlanılıb və qarşıda duran vəzifələr onun xərclərinin bu ilkindən az olmamasını zəruri edir.

Büdcənin əsas donorları

Azərbaycanın Dövlət büdcəsinin artıq bir neçə ildir ki, əsas donoru Dövlət Neft Fondudur. Fondun gəlirləri artdıqca, ondan büdcəyə edilən transfertlər də ilbəil artmağa başladı. Məsələn, 2006-ci ildə dövlət büdcəsinin gəlirlər hissəsində Neft Fondundan edilən transferlərin xüsusi çəkisi 15,1%, 2008-ci ildə 35,3%, 2010-ci ildə 51,9% təşkil etmişdisə, artıq cari ilin sonunda bu göstərici 60,3%-ə qədər artmalıdır. Nəzərə alsaq ki, dövlət büdcəsinin digər iri donorları qismində Azərbaycan Dövlət Neft Şirkəti və BP-Azərbaycan şirkəti çıxış edir və onların ödəmələri ilə büdcənin sırf neftən asılılığı cari il üçün 73% proqnoz edilir.

"Bəs neftə arxayın olub həm əhalinin sayının artırılması ilə bağlı əlavə tədbirlər planı işləməyə, həm də hər il büdcə xərcləmələrini, o cümlədən də Neft Fondundakı vəsaitlərin büdcəyə transferini artırmağa lüzum varmı?"
Bəs neftə arxayın olub həm əhalinin sayının artırılması ilə bağlı əlavə tədbirlər planı işləməyə, həm də hər il büdcə xərcləmələrini, o cümlədən də Neft Fondundakı vəsaitlərin büdcəyə transferini artırmağa lüzum varmı?

Elə isə Azərbaycan iqtisadiyatının şah damarı olan neft sahəsinin son durumuna kiçik bir ekskurs edək.

Neft hasilatı azalmaqdadır

Artıq heç kəsə sirr deyil ki, Azərbaycanda neft hasilatının “pik” dövrü arxada qalıb, daha doğrusu 2010-cu ilin 3-cü rübündən hasilatda azalmanın statistikası başlayıb. 2010-cu ildə ölkə üzrə 50,8 mln ton neft və kondensat hasil edilmişdi və bu göstərici Azərbaycan üçün bir daha əlçatan olmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Ancaq biz bunların üzərində dayanmayacağıq, çünki bizi maraqlandıran budur ki, Neft Fondunun gəlirlərinin 95%-i “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin satışı hesabına formalaşır. Bu yataqlarda hasil edilən neftin həcmi isə son 2 ildə çox sürətlə düşür. İlkin məlumatlara görə, cari ilin I yarısında müqavilə sahəsində cəmi 17,5 mln ton neft hasil edilib. Azərbaycan üzrə isə bu göstərici 22 mln-dan bir qədər artıq olub. Bu minvalla cari ildə ölkədə ən yaxşı halda 44 mln ton neft hasilatı gözləmək olar. Bu isə, ötən illə müqayisədə nə az, nə çox, 1,6 mln ton azdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2012-ci il büdcəsi parlamentdə müzakirə edilərkən hökumət cari il üçün 45,9 mln ton “qara qızıl”ın hasil ediləcəyini proqnoz edirdi. Yəni belə getsə, hökümət cəmi 1 il işərisində 2 mın tona yaxın neft hasilatında xətaya yol vermiş olacaq.

Belə hökumət uzaq gələcəyi proqnoz edə bilərmi?

Rusiya hökuməti hələ 2010-cu ildə 5 mln dollar qrant ayırmışdı və o vəsaiti müsabiqələr yolu ilə Elmlər Akademiyasından tutmuş müxtəlif beyin mərkəzlərinə sifarişlər şəklində paylaçışdı ki, yeni böhran dalğasına qarşı hökumətin çevik davranış metodlarını, iqtisadiyyatın saxələndirilməsi yönümündə effektivliyin artırılması, cəmiyyətin aktiv Bakı-Tbilisi-Ceyhan (yaşıl)

Bakı-Tbilisi-Ceyhan (yaşıl)

hissəsi ilə yerlərdə əks-rabitənin yaradılması və sair kimi layihələri işləsinlər. Hamıya aydındır ki, Rusiyada həm iqtisadi azadlıqlar Azərbaycanla müqayisədə yüksəkdir, həm də cəmiyyətin hökumətdən istək meyarları daha yuxarı kriteriyalara hesablanıb. Bundan başqa hökumətin makroiqtisadiyyata cavabdeh qurumlarının intellektual səviyyəsi də Azərbaycandan baxanda kifayət qədər qibtəediləcək bir səviyyədədir. Bununla yanaşı görürsən ki, orada verilən proqnozlar arasında nə qədər xəta var.

Təbii, Azərbaycan kimi məkanda, harada ki, hökumətin Baş nazirin başçılığı altında iclas keçirdiyini xatırlamaq belə mümkün olmur və ya hökumətin bu ilin mayında parlamentə büdcədə neftin qiymətlərinin birdən-birə 20 dollar artırmaq müraciətindən sonra dünya bazarında xammalın qiyməti elə o qədər də düşürsə, məncə, daha digər əlavələrə ehtiyac qalmaz.

Reallıq isə bundan ibarətdir ki, cari ildə Neft Fondunun gəlirləri 2011-ci ildəkindən az olacaq, gələn il isə bu ildəkindən az. Çünki gələn il neft hasilatında müəyyən artım olsa da, dünyanın bir çox aparıcı bankları, maliyyə qurumları neftin qiymətinin 70-80 dollaradək ucuzlaşacağını proqnoz edirlər.

Başqa bir fakt ondan ibarətdir ki, “Azəri-Çıraq-Günəşli” blokunda ildən-ilə həm istismar xərcləri artmağa başlayıb, həm də kapital xərcləri (bu Qərbi Çıraq platformasının və bununla bağlı bütün işlərə ümumilikdə 6 mlrd dollar vəsaitin xərclənməsi ilə əlaqədardır) artıb. İstismar xərclərinin artması ona dəlalət edir ki, artıq vaxtilə maya dəyəri 2 dollara olan neft çoxdan tarixə qovuşub, hazırda bu rəqəm quyu ağzında 5 dollar ətrafındadır, Sanqaçal terminalının çıxışında isə 6 dolları ötür. İldən ilə həmin rəqəmlər daha da artacaq, onların artması isə həm Neft Fonduna gələn gəlirləri azaldacaq, həm də BP-Azərbaycan şirkətinin birbaşa dövlət büdcəsinə ödəmələrinin aşağı düşməsinə gətirib çaxaracaq.

2011-ci ildə Neft Fondu neft gəlirlərindən 19 mlrd dollardan artıq gəlir əldə etmişdi. Fondun ümumu gəlirləri isə 19,9 mlrd dollar olmuşdu. Əvvəllər belə proqnoz edilirdi ki, Neft Fondunun gəlirlərinin “pik dövrü” 2014-cü ilə təsadüf edəcək. Nə bilmək olar, bəlkə səs-səmirsiz gəlirlərin də yuxarı həddini artıq arxada qoymuşuq... Ona görə də neçə ki, gec deyil daha effektiv iqtisadiyyata keçməyin vaxtıdır.

Şərhləri göstər

XS
SM
MD
LG