Keçid linkləri

Təcili xəbərlər

Yazıçı Deepak Chopra: «Dünyanı qadın enerjisi xilas edəcək»


Yazıçı Deepak Chopra
Yazıçı Deepak Chopra
«Forbes»

Deepak Chopra Hindistan əsilli endokrinoloqdur, liderlik üzrə bestsellerlərin müəllifidir. O daha çox ruhən özünü təkmilləşdirmə ilə bağlı kitablar yazıb. Bu kitabların sayı 65-dir. Onların arasında «Həyat enerjisi» və «Uğurun 7 mənəvi qanunu» da var.

Kellogg School of Management-in professoru olan Deepak 10 ildir ki, Ernst & Young, Hewlett-Packard, Pepsi, Hearst və dünyada tanınan başqa şirkətlərin menecerlərinə mühazirələr oxuyur.

Deepakın «Forbes» jurnalına müsahibəsindən bəzi məqamları təqdim edirik.

«QARANLIQ OTAQDA BALACA FƏNƏR PEYDA OLACAQ...»

- Siz mühazirədə çağdaş dünyanı qaranlıq otaq kimi təsvir etdiniz: insan nəyəsə ilişir, mebelə, künc-bucağa toxunaraq yıxılır. Hərçənd onun üçün təhlükə yoxdur, amma stress və qorxu hiss edir, elə bil onu tələyə salıblar. Bəs bizi sonra nə gözləyir?

- Bu gün insan «dar şüur» səviyyəsində hərəkət edir. Dünyada müharibələr gedir, korrupsiya çiçəklənir, dərəbəylikdir, iqtisadi və siyasi ədalətsizlikdir, ekstremizm və nifrət var, insanlar ancaq öz canlarının və qarınlarının hayındadılar. Rus biznesi də Çin və Hindistan biznesi kimi oliqarxiya üzərində dayanır, müəssisənin uğuru əlaqələrdən asılıdır. Həmin şey ABŞ-da da baş verir, amma korrupsiya orda daha kəskindir. Ancaq zamanla bunlar dəyişəcək. Biz «məhdud şüur»dan «geniş şüur»a keçəcəyik: qaranlıq otaqda balaca fənər peyda olacaq, əşyaların cizgiləri görünəcək, əvvəl problem sayılanlar indi imkana çevriləcək. İnsanlığın məqsədi «azad şüur»a doğru bir addım atmaqdır, həmin işıqla dolu otaqda qorxuya yer olmayacaq, qəbul olunan qərarlar mənəviyyata söykənəcək.

«HƏR ŞEY DƏYİŞİR: BİZNES, ÜNSİYYƏT...»


- İnsan yeni səviyyəyə qalxmaq üçün neyləməlidir?

- Dəyişikliklərin yaxınlaşmasını, adət etdiyimiz bürokratik dünyanın dağılmasını sübut edən məqamlar var, məsələn, «ərəb baharı» və ya «Wall Streetin ələ keçirilməsi». Wall Street süqut edir, bununla dünyadakı ədalətsiz quruluş da enişə gedir. Dağılma cəmiyyətin özündən gedir, birinci növbədə də internetlə silahlanmış kəsimdən. Hətta «Twitter», «Facebook»-un qadağan olunduğu Çində insanlar bu resursdan istifadə etmək üçün yollar tapırlar. Bu günlərdə avropasayağı geyinmiş bir qadınla təmasda oldum. O, özü mənə yaxınlaşdı. Soruşdum ki, məni hardan tanıyır, dedi ki, «Twitter»dən izləyir. Və bu qadın Səudiyyə Ərəbistanından idi. Mən Rusiyaya o Sovetlər Birliyi adlananda da gəlmişdim. Bu gün ölkədə böyük dəyişikliklər baş verib. Bəli, dünya dəyişir. Hər şey dəyişir: bizim ünsiyyətimiz, biznesimiz, firəvanlığımız.

«SAĞ QALANLAR MÜDRİKLƏR OLACAQ»

- İnsan şüuru yeni mərhələyə adlayanda biznes necə görünəcək?

- İnsanın biznesdəki evolyusiyası onda sezilir ki, həyat səviyyəsini artıran şirkətlərin sayı çoxalır. Mənim rəhbərlik etdiyim Chopra Foundation 100 şirkətin «Just Сapital 100» indexini hazırlayır. Onlar Dow Jones və S&P indexləri ilə rəqabət aparacaqlar. Bu şirkətlər sübut edəcəklər ki, gələcəkdə sosial yönümlü biznes daha böyük gəlir gətirəcək, nəinki ənənəvi Wall Street şirkətləri.

- Bu şirkətlər necə lider axtaracaqlar?

- Mənim müəllimim, poliomielit vaksini yaradan doktor Cons Solk deyirdi ki, təkamülün növbəti fazası «metabioloji evolyusiya»dır: sağ qalanlar ən güclülər və uyğunlaşanlar olmayacaqlar, sağ qalanlar müdriklər olacaq. Yeni cəmiyyət və biznes liderliyə yeni yanaşma tələb edəcək – maarifçi liderlik.

«QADIN ENERJİSİ»

- Həmin lider sizcə necə olmalıdır?

- Bu lider əməkdaşlarını maraqlandırmağı bacarmalıdır. Rəhbər işçini görmürsə, onu rədd edirsə, onun biznesə cəlb olunmaması 45 faizə düşür. Əməkdaşı ancaq tənqid edirlərsə, göstərici 25 faizə enir, insana diqqət lazımdır, onlar tənqidi daha yaxşı qəbul edirlər, nəinki rədd edilməyi.

- Siz məqalələrinizdə «qadın enerjisi» anlayışına daha çox yer verirsiz. Bu liderin nəyinə lazımdır?

- Bu təkcə qadınlarda olan enerji deyil. Marqaret Tetcher, Qolda Meyr, İndira Qandhi – bu böyük qadın liderlər güclü cinsi sadəcə «copy» edirdilər, həmin enerjidən yararlanmırdılar. Qadın enerjisi altında mən gözəllik, həlimlik, sevgi, xeyirxahlıq, mərhəmət estetikasını anlayıram. Biznesə yeni liderlərin lazım olduğunu hamilə Marissa Meyerin Yahoo-ya COE təyinatı da sübut edir. Şirkət ona təklif verdi və analıq məzuniyyətinə buraxdı. Çünki qadın enerjisinə malik lider istəyir. Qadınların gələcəkdə lider olmaları üçün böyük potensialları var.

Sayta hazırladı: Şahnaz Bəylərqızı

Ən son yazılan

XS
SM
MD
LG