Keçid linkləri

«Azərbaycan Hava Yolları» (AZAL), «Azerfon» şirkəti («NarMobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müqaviləyə əsasən, bu ilin sonunadək AZAL-ın bütün təyyarələrində uçuş zamanı «NarMobile»ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayından etibarən bu yenilik AZAL-ın bir təyyarəsində tətbiq olunacaq, cari ilin sonunadək isə aviaşirkətin bütün təyyarələrini əhatə edəcək.

Təyyarənin qalxma və enmə prosesi istisna olmaqla AZAL-ın təyyarələrində uçuş zamanı «NarMobile»ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.

Bura danışıq, internet, SMS və digər xidmətlər daxildir.

Azərbaycanın digər mobil rabitə operatorları da «Azerfon»la müvafiq rouminq sazişi imzalamaqla bu xidmətlərdən istifadə edə bilər.

Hazırda AZAL-ın aviaparkı 22 təyyarədən ibarətdir.

Sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq.
XS
SM
MD
LG