Keçid linkləri

Təcili xəbərlər

Dili millət qüruruna çevirən örnəklər


-


Mingəçevirdə Ana Dili abiədəsi
Mingəçevirdə Ana Dili abiədəsi

Milli qürurun örnəkləri

Milli qürurun əsasında çox nəsnə durur. Millətin ərənlik tarixi, Qız qalası kimi unikal formalı, sirli tikilələr, Göy-göl kimi nadir təbiət hadisələri…Hətta millətin kültür enerjisi güclü olsa, böyük tarixi faciəni, uduzmanı da fırladıb milli qürurun qulluğuna qoşar: İsveç mədəniyyəti Rusiyaya məğlubiyyətlərini belə fırlada bilib.

Bu kontekstdə dilimiz

Dil milli qürurun ən möhtəşəm abidəsi ola bilər. «Avesta» dönəmində o çağkı farslar öz dillərini ən şirin, ən dadlı dil sayıb qürrələnirdilər. Bizim çox asanlıqla dilimizə xəyanət etməmiz göstərir ki, türkcənin bizi qürurlandıran siyahıda yeri elə də yaxşı deyil. Ötən yazımda «qızılı nəyə artırsan gözəl olar» (Kritabul) prinsipində düşünənlərdən danışmışdım.

Çıxın Bakının mərkəzinə, görün, nə qədər dükan adları var, ingiliscədən, italyancadan, fransızcadan alınma sözlərdir.

Mən «Pyer Karden», «Dolçe və Qabbana» kimi brənd adları demirəm, məsələn «dükan» yerinə «market» yazılmasını deyirəm. Aydındır, «super dükan»a alışmaq çətindir, ona görə də «Super Market» deyirlər. Ancaq adi balaca dükanlara niyə «market» yazırlar?!
Model kimi geyimli-gecimli göyçək qıza da «Fatma», ya «Gülnisə» adını verərlər?!

Sanki bunu edənlər Sokratın həmsöhbəti Kritabulun dediyini edirlər: qızılı nəyə artırsan, gözəl etdiyi kimi, Avropa sözlərini hara artırsan, ora Avropa aurasını, Avropa zənginliyini, Avropa modernizmini və urvatını qazanacaq.

«Xəzri» sözünü ingiliscənin «see breaze» sözü ilə əvəz edib dənzqırağı böyük bir dincəlmə kompleksini onunla adlandırmaq dil qürurumuzun nə qədər aşağı olduğuna tanıqdır.

Model kimi geyimli-gecimli göyçək qıza da «Fatma», ya «Gülnisə» adını verərlər?!

Sanki həmin kompleksin yiyəsi də belə düşünb və ona elə gəlib ki, kompleksə «Xəzri» adını versə, elə bil ona Fatma deyəcək.

Avrovijndə Bakının emblematik görüntüsünə çevrilmiş üç möhtəşəm binanın iddiası milli qürur siyahısında olmaqdır və olmağa da başlayıblar. Ancaq di gəl ona «Three flames» deyirlər. Deyəsən, belə düşünüblər ki, onlara «Üç alov», ya «Üç buta» demək, gözəl qızın imicini «Fatmanisə» adıyla korlamağa bərabərdir.

Dili millət qüruruna çevirən örnəklərdən…

Ancaq insanları zorla dilləriylə öyünməyə sürükləmək olmaz. Millətin adamları dillərində çoxlu gözəl şeir, roman olanda onunla qürrələnirlər - bunlar bizdə bir az var. Millətin adamları dillərində gözəl, ağıllı qızlar və oğlanlar bülbül kimi ötəndə onunla qürrələnirlər – bunlar da bir az var, ancaq çox yoxdur.
Aydındır, «super dükan»a alışmaq çətindir, ona görə də «Super Market» deyirlər. Ancaq adi balaca dükanlara niyə «market» yazırlar?!

Millətin gəncləri dillərindəki sözlərin kulturoloji, etimoloji və ya fəlsəfi açımından ilginc məsələləri, etnoqrafik, tarixi Kosmosu görəndə bu dil onların milli qüruruna yazılır.

Məsələn, belə bir soru: nədən erməni, gürcü, avar, ləzgi dillərindən bizim türkcəmizə keçən sözləri barmaqla saymaq olar? Ancaq onlar bizdən bu qədər söz götürüblər? Lap biz farsdan, ərəbdən, rusdan götürdüyümüz qədər.

Belə çıxır ki, öncələr Azərbaycan millətinin Qafqazda imici eləydi ki, hara artırılsa, oranı qızıl kimi gözəlləşdirirdi, day model kimi gözələ «Fatmanisə» adını verməklə korlamağa bərbər olmurdu (mən bilirəm, bu yerdə kimsə deyəcək ki, Lermantovun dilimizin buralarda fransız dili statusunda olmasını söylə!).

Gürcülər öz sözləri kimi «dalğa» deyirlər, hətta bu adda radioları da var. «Çanta» deyirlər, «Ortaçala»nı öz intonasiyalarında elə deyirlər ki, sanki gürcü sözüdür. Beləcə onlarla, bəlkə də iki yüz-üç yüz söz.
Belə çıxır ki, öncələr Azərbaycan millətinin Qafqazda imici eləydi ki, hara artırılsa, oranı qızıl kimi gözəlləşdirirdi, day model kimi gözələ «Fatmanisə» adını verməklə korlamağa bərbər olmurdu.

Ermənilərə gələndə, onların dilində sözlərimiz daha çoxdur, düzdür, arasında farsın, ərəbin sözləri də az deyil.

Ancaq ayıbımızı da deyək

Ruslar «davar/tavar» sözündən özlərinin önəmli iqtisadi termini yapıblar, biz isə «tavar» yerinə ərəbin «əmtəə»sini işlədirik.

Sovet dönəmində Bolqarıstanda olanda mat qalmışdım ki, onlar «çanta», «kibrit» deyirlər, biz isə «sumka», «spişka». «Kibrit», deyəsən, ərəb sözüdür, ancaq necə olmuşdu ki, «spişka» kimi adi bir rus sözünü bizimkilər «kibrit»in yerinə işlədən də bundan «Pyer Karden» qalstukunu taxmağın ədasını və ədəbazlığını duymuşdular?!

Burdan Milli qürur proqramına məsləhətlər

Neçə dəfə dediyimi bir də deyim: iqtisadi, siyasi islahat proqramı olduğu kimi mentalitet islahatı üzrə proqram da ola bilər. Bu proqramda dilin yerini güclü etmək üçün nə etməliyik məsələsini də düşünməliyik.

Bəlkə AzadlıqRadiosundan xahiş edək, belə bir «Dəyirmi Masa» keçirsin: «Milli qürurumuzda dilimizin uduşu və uduzuşu».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG