Keçid linkləri

-
Texnologiyasevərlər tərəfindən səbirsizliklə gözlənən Apple istehsalı olan iPhone 5 smartfonu təqdim edilib.
Sentyabrın 12-də San- Fransiscoda təqdimatı keçirilən iPhone-un ekranı gözlənildiyi kimi 3.5 inçdən 4 inçə qədər artıb.
Təqdimatda Apple şirkətinin rəsmisi Phil Schiller deyib ki, "yeni iPhone yalnız şüşə və alüminiumdan hazırlanıb". Phil Schiller əlavə edib ki, iPhone 4 və 4S-lə müqayisədə iPhone 5 “daha xəfif və incə”dir.
Əvvəlki iPhone-lardan 2 qat güclü işləyən yeni iPhone 5, 8 meqapiksel kamera daxil olmaqla 3264x2448 dəqiqliyində foto çəkə bilir. Sürətli foto çəkmək imkanı olan iPhone 5 vasitəsiylə panorama görüntüləri də çəkmək olar.
iPhone 5-in çəkisi 112 qramdır.
Sifarişlər sentyabrın 14-də başlayacaq. Sentyabrın 21-də isə iPhone 5-i mağazalardan almaq mümkün olacaq.
Artıq yeni iPhone-un satışa çıxması köhnə model iPhone qiymətlərinə də təsir edib.

XS
SM
MD
LG