Keçid linkləri

Yaponiyanın ən böyük mobil operatoru yeni tərcümə xidmətinin işə salınacağını elan edib.
Bu tərcümə xidməti müxtəlif dillərdə danışanların öz aralarında söhbət etməsinə imkan verəcək.

NTT DoCoMo şirkəti deyib ki, abunəçilərinə iki xəttli - səs və mətn üçün ünsiyyət vasitəsi təklif olunacaq.

Bu ünsiyyət bir tərəfdə yapon dilli, digər tərəfdə ingilis, Çin və Koreya dilli şəxslər üçün nəzərdə tutulur.

Söhbət bir neçə saniyə gecikməklə həyata keçirilir.

Hanshite Honyaku proqram təminatı smartfonlarda və Android əməliyyat sistemli tabletlərdə istifadə oluna bilər.

Bu yaxınlarda fransız, alman, italyan, portuqal, ispan, indoneziya və tay dilləri də bu xidmətə əlavə olunacaq.

DoCoMo bununla belə bildirir ki, hələlik tərcümənin keyfiyyəti əla deyil.

Hazırda Microsoft və Alcatel-Lucent şirkətləri də belə tərcümə proqramları üzərində işləyir.

Şərhləri göstər

XS
SM
MD
LG