Keçid linkləri

140 ölkədə inqilabi Windows 8-in satışı başlandı


U.S. -- The Microsoft Windows 8 operating system is unveiled at a press conference in New York, 25Oct2012

U.S. -- The Microsoft Windows 8 operating system is unveiled at a press conference in New York, 25Oct2012

Oktyabrın 26-da dünyanın 140 ölkəsinin hər birində düz saat 12-00-da Microsoft şirkəti özünün yeni proqram sisteminin – Windows 8-in satışına başlayır.

Windows 8 dünyanın 37 dilində buraxılır.

Bunu Microsoft şirkətində Windows bölməsinin rəhbəri Steven Sonofsky Nyu Yorlda 1000 media nümayəndəsi qarşısında çıxışında bildirib.

Windows 8-in özəlliyi ondadır ki, bu sistemlə informasiyanı nəinki klaviatura və “siçan”la, həm də barmağı ekrana toxundurmaqla vermək olar.
Windows 8-lə işləyən qurğular özündə həm tabletlərin, smartfonların mobilliyini, həm də normal kompüterlərin gücünü birləşdirəcək.

Windows 8 smartfonlarlar, tabletlər və kompüterlər üçün ümumi platforma olan ilk vahid əməliyyat sistemidir.
Microsoft həmçinin sensor qurqularla işləyən yeni İnternet Explorer 10-u da buraxır.

Bundan başqa Microsoft ABŞ-da yeni tabletin – Microsoft Surface-in satışına başlayıb.
Onun qiyməti 499 dollardır.
Başqa ölkələrdə bunun satışa nə vaxt çıxacağı deyilmir.

Sinofsky Surface-i Apple-in iPadı ilə müqayisə edərək deyib ki, 499 dollara satılan iPadın yaddaşı 16 GB-dır, Surfacedə isə 32 GB.

Dünyada Microsoftun əməliyyat sistemləri ilə işləyən quröuların sayı 1 milyard 300 milyondur.

Şərhləri göstər

XS
SM
MD
LG