Keçid linkləri

.

Azərbaycan müxalifətinin aktiv sözlüyündə (lüğətində) işlək söz «tolerantlıq» (dözümlük), «plüralizm»dir. Qloballaşmanın dəbinə bax ki, bu sözləri deməkdən hakimiyyət adamları, YAP liderləri də çəkinmirlər, çünki onları yalandan işlətməyə görə heç bir mənəvi məsuliyyət yoxdur. Bizdə əsl seçkilər keçirilmir ha, sözü yalandan işlətdikləri üçün YAP-çılar bələdiyyə, parlament seçkilərində uduzub cəza alsınlar.

Yazıqlar olsun ki, müxalifət düşərgəsində də tolerantlıq və plüralizmlə bağlı xeyli problemlər var (ancaq siz Allah, belə deməyimə görə məni «o da pisdir, bu da» söyləyib özünü hamıdan yuxarı qoyan adama oxşatmayın).

Sözsüz, müxalifətçi demokratlar «tolerantlıq» və «plüralizm» sözlərini doğrudan-doğruya sevirlər. Ancaq sevmək bir məsələdir, sevdiyinin cəfasını çəkmək o biri məsələ.
...gör, sən nə qədər Allahı sevməlisən ki, ağıllı, parlaq ateist ideyaya dözümlü olasan və hətta xoş yanaşasan.

Gör, sən nə qədər təmiz düşüncəni sevməlisən ki, heyrətamiz dini fikirlərə heyran olasan.

Adam balaca nəvəsini çox sevir, ancaq bu o demək deyil ki, onun əziyyətini də elə çəkə bilir. Onun üçün də «aforizm» var: «nəvələr bir gələndə sevinirsən, bir də gedəndə».

İndi bizim demokratik müxalifət, yazarlar, intellektuallar da tolerantlığı, plüralizmi sevməyinə sevirlər, ancaq əziyyətinə qatlaşa bilirlərmi?!

Ona görə belə soruşdum ki, tolerantlıq və plüralizm insan üçün çox çətin bir işdir. İnsanda onlara qatlaşmaq üçün daxili mədəniyyət olmalıdır, ancaq bundan daha çox dışarıdan insanı zorunlayan sistem olmalıdır...

Toplumun hər yerində tolerantlıq qıtlığı

Mən nədən bu söhbəti salıram? Ondan ki, bizdə hakimiyyətdən haqlı olaraq tolerantlığı tələb edib hakimiyyətə tolerant olmayan müxalifətçilər var. Hakimiyyətə tolerant olanda isə satqın sayılmaq qorxusu 100-də doğsan doqquzdur.
Gör, sən nə qədər Şiəliyi sevməlisən ki, maraqlı Sünni düşüncələrə qulaq kəsiləsən.

Gör, sən nə qədər Sünniliyi sevməlisən ki, Şiələrin metafizik kədərinə tutulmağı bacarasan.

Eləcə də axmaq vəziyyət ondadır ki, hakimiyyətdən kimsə müxalif düşüncəyə tolerantlıq göstərsə, xain sayılmaq qorxusuna urcah olar, ona görə də hakimiyyət tərəfdəki insaflı adamlar tolerant düşüncə söyləməkdən çəkinirlər.

Ateistlər dini intellektuallardan tolerantlığı umurlar, ancaq di gəl bu umacağı özlərinə aid edəmmirlər.

Eyni durum «ox» dini intellektuallardan ateistlərə dönəndə təkrarlanır. Bizdə nə konservativlər, nə liberallar, nə modernistlər, nə gələnəkçilər (tradisionistlər), nə şiələr, nə sünnilər bir-birinə tolerant olammırlar.

Tolerantlığın çətinliyi

Yaxşı, indi ki biz bu məsələni qoyuruq, nəyi aydınlaşdırmaq istəyirik? Tolerantlığa və plüralizmə mədhiyyə oxusaq, axı, ağıllı adamların gözündə biabır olarıq. Elə bilgili olmayanları da əsnədərik ki, yenə başladılar eyni şeyləri deməyə.

Onun üçün də tolerantlıq və plüralizmlə ilgili yeni nəsnələri paradoksun dilində söyləyim – burada paradoks bizim alışdığımız gerçəklərə qarşıt (zidd) olsa da həqiqi olmağı bildirir. A. Mixnik Bakıdakı görüşündə demişkən: heç kim həqiqətin tək yiyəsi ola bilməz. Kim özünü belə saysa, həməncə gerçəyin düşməninə çevrilir.
Gör, sən Azərbaycanı necə sevməlisən ki, iqtidarın effektli təhlükəsizlik addımlarına, sosial tədbirlərinə qısqanc qalmayasan.

Gör, sən nə qədər Azərbaycanı sevməlisən ki, müxalifətin gözəl ideyalarına, yaxşı tənqidlərinə sayğı ilə yanşasan. Tolerantlıq, bax, belə olur.

İndi isə tolerantlığın başqa paradokslarından danışım. Tolerantlıq vecsizlik və biganəlikdən doğursa, tolerantlıq deyil, sadəcə, vecsizlikdir. Ona görə də yoxlamalıyıq azəri «tolerantlığı» vecsizlik deyil ki.

«20 yanvar»dan sonra bizim camaat rus əsgərlərinə nifrətini qonşudakı, küçədəki ruslara yönəltmədi – deməli, ruslarla bağlı tolerantlıq testindən yaxşı çıxdı.

Başqa paradoksal deyimlərdən: gör, sən nə qədər Allahı sevməlisən ki, ağıllı, parlaq ateist ideyaya dözümlü olasan və hətta xoş yanaşasan. Gör, sən nə qədər təmiz düşüncəni sevməlisən ki, heyrətamiz dini fikirlərə heyran olasan.

Gör, sən nə qədər Şiəliyi sevməlisən ki, maraqlı Sünni düşüncələrə qulaq kəsiləsən. Gör, sən nə qədər Sünniliyi sevməlisən ki, Şiələrin metafizik kədərinə tutulmağı bacarasan.

Gör, sən nə qədər Demokratiyanı sevməlisən ki, parlamentdə kommunistlərin ağıllı çıxışları olarsa, rəğbətlə dartışasan.

Gör, sən Azərbaycanı necə sevməlisən ki, iqtidarın effektli təhlükəsizlik addımlarına, sosial tədbirlərinə qısqanc qalmayasan. Gör, sən nə qədər Azərbaycanı sevməlisən ki, müxalifətin gözəl ideyalarına, yaxşı tənqidlərinə sayğı ilə yanşasan. Tolerantlıq, bax, belə olur.

Kimlərsə ağıllı sir-sifətlə axmaq şeylər söyləyəndə tolerantlıq bir az çətinə düşür. Evlərində, küçədə söyləyirlər, söyləsinlər. Ancaq Milli Məclisdə, Tele-kanallarda söyləyəndə tolerantlıq müşkülə düşür. Görünür, bu müşküldən bir çıxış da özünü eşitməməzliyə vurmaqdır. Bəs, yaxandan yapışıb «eşidirsən?» desə, necə?

Şərhləri göstər

XS
SM
MD
LG