Keçid linkləri

Təcili xəbərlər

Janis Karklins: «UNESCO ifadə azadlığının keşiyindədir»


İnternet İdarəçiliyi Forumunun keçirildiyi Baku Expo Center
İnternet İdarəçiliyi Forumunun keçirildiyi Baku Expo Center
-

«Bu gün biliyin və ideyaların elə həcmdə və elə sürətlə axını baş verir ki, bir neçə il əvvəl biz bunu təsəvvür edə bilməzdik. Bu axın çox cüzi qiymətə başa gəlir və sərhədləri tanımır».

Bu sözləri noyabrın 8-də İnternet İdarəçiliyi Forumundakı çıxışında UNESCO-nun kommunikasiya üzrə baş direktorunun köməkçisi Janis Karklins deyib: «Ancaq bu axınların belə genişlənməsi ilə yanaşı maneələr hələ mövcuddur və yeni maneələr yaranmaqdadır».

UNESCO-nun saytında təşkilat İnternetin inkişafı üçün böyük bir potensial olduğunu qeyd edilir. «İfadə azadlığı prinsipi təkcə ənənəvi mediaya yox, həmçinin İnternetə və yeni yaranan media platformalarına tətbiq olunmalıdır. Bunu tətbiqi inkişafa, demokratiyaya və dialoqa töhfə verəcək».

Janis Karklins çıxışında deyib ki, UNESCO belə hallarla da rastlaşıb ki, xüsusilə siyasi hadisələr zamanı bəzi ölkələrdə internet saytları bağlanıb. «Xüsusi kommunikasiya platformalarına çıxış məhdudlaşdırılıb. Özbaşına bloklaşdırılıb, filtrasiyadan keçirilib, ya da özgə fikrin səsinin boğulması üçün cinayət işinə başlanılıb».

Janis Karklins bildirib ki, «bəzi hallarda internet istifadəçilərinin şəxsi həyatına müdaxilələr və qanunsuz nəzarət də tətbiq olunur. Bir çoxları həbslə, hədə-qorxu və təhqirlərlə və kiber hücumlarla üzləşiblər. Bir çox ekstremal hallarda isə öz fikrini internetdə ifadə edən şəxslər qətlə yetiriliblər».

Janis Karklinsin sözlərinə görə, internet idarəçiliyi çərçivəsində ifadə azadlığının həyata keçirilməsinin səmərəsi, insanların infrastruktura çıxışının genişləndirilməsi qədər vacibdir. «Bu istər ayrı-ayrı fərdlərin, istər cəmiyyətin, hökumətin və bütün dünyanın marağındadır».

Janis Karklins bir daha vurğulayıb ki, UNESCO istər ənənəvi, istərsə də yeni online platformalarda ifadə azadlığının keşiyindədir.

Ən son yazılan

XS
SM
MD
LG