Keçid linkləri

Təcili xəbərlər

Heç o boyda Google-u da məhkəməyə vermək olar?


Google-un direktorlar şurasının sədri Eric Schmidt
Google-un direktorlar şurasının sədri Eric Schmidt
-

«Google kimi internet super gücləri belə, bir «güclü mif» yaratmışlar ki, öz saytlarında baş verən problemlər üçün cavabdehlik daşımırlar. Ancaq hazırda bəzi vəkillər bu axtarış mühərrikinə böhtan qanunlarından immunitet vermiş məhkəmə qərarına qarşı çıxıblar».

Bu barədə «The Daily Telegraph» yazır. Söhbət Britaniya Ali Məhkəməsinin qərarından gedir.

EVİNİN DİVARINDA YAZILANLARA KİM MƏSULDUR?

Ali Məhkəmənin hakimi Google saytını böhtana görə məhkəməyə vermiş iddiaçılara bildirib:

«Google saytını böhtana görə suçlu bilmək, evinin divarına kiminsə böhtan xarakterli yazı – qraffiti yazdığı üçün həmin evin sahibini suçlamaq kimi bir şey olardı».

Britaniya Ali Məhkəməsi bu qətnaməni hələ ötən may ayında Mühafizəkarlar Partiyasından deputatlığa keçmiş namizəd Payam Tamiz-in iddiasına əsasən qəbul edib.

Payam Tamiz «Google İnc» şirkətini Blogger.com saytının London Muslim bloqpostunda ona böhtan atıldığına görə məhkəməyə verib.

Blogger.com saytında cənab Tamiz-in narkotik maddə alverçisi və oğru olduğu iddia edilib.

Google
Google
Payam Tamiz-in Google saytına şikayətindən sonra sözügedən bloq ordan çıxarılıb.

Ancaq bu, cənab Tamiz-i razı salmayıb və o, indi Google-u ona böhtan atılmasında ittiham edir.

İddiaya baxan hakim bildirib ki, «Google» özünün bloqpostlarında dərc olunan məqalələr üçün məsuliyyət daşıya bilməz, çünki o, əslində neytral provayderdir.

Bir sıra hüquqşünaslar məsələnin bu cür qoyuluşu ilə razılaşmırlar və bildirirlər ki, bu halda «Google» naşir kimi məsuliyyət daşıyır.

GOOGLE VƏ QARŞI TƏRƏFİN ARQUMENTLƏRİ

Cənab Tamiz-in vəkilləri deyirlər ki, ona qarşı saytda yerləşdirilmiş material üçün Google heç də təkcə «saxlanc yeri» olmayıb. Vəkillər həmçinin israr edirlər ki, Google kimi nəhəng saytda materialların yerləşdirilməsinin avtomatik baş verməsi barədə «mif» elə Google kimi internet supergücləri tərəfindən uydurulub.

Britaniyanın böhtan qanunlarına görə, iddiaçı tərəf nəinki jurnalisti, onun redaktorunu, nəşriyyatı, hətta qəzetləri köşklərə daşıyan şirkətləri də məhkəməyə verə bilər.

Bununla belə, Google-un vəkili Antony White bildirib ki, «Blogger.com» hər bir şəxsin öz fikrini pulsuz ifadə etməsi üçün bir platformadır. Bu, internet texnologiyasının bir hissəsidir.
O, deyib ki, Google bloqları seçmir, yaratmır, sifariş və senzura etmir.

Google bildirir ki, onun saytında dərc olunan materialların naşiri deyil, adi vasitəçisidir.

Başqa sözlə, bu məsələdə Google şirkətini ittiham etmək, kiminsə bir şəxsi telefonla təhqir etdiyinə görə telefon şirkətini məhkəməyə verməyə bənzəyərdi.

Ən son yazılan

XS
SM
MD
LG