Keçid linkləri

-
Britaniya şahzadəsi William-ın xanımı, Kembric baronessası Kate-in hamiləliklə bağlı kəskin ürəkbulanmasından müalicə olunduğu xəstəxananın tibb bacısı Avstraliya radioşousundan saxta zəngə cavab verdikdən az sonra intihar edib.

Avstraliyanın Sidney şəhərində yerləşən 2DayFM radiosunun aparıcıları 46 yaşlı şəfqət bacısı Jacintha Saldanha-nı dolayaraq, özlərini kraliça və şahzadə Charles kimi təqdim etmiş, Kate-lə danışmaq istədiklərini bildirmişlər.

Zəngin ciddiliyinə inanan tibb bacısı onu başqa bir həmkarına transfer edib və o da, öz növbəsində, baronessanın səhhəti barədə canlı efirdən danışan aparıcılar Mel GreigMichael Christian-a təfərrüatlı məlumat verib.

Zəng London vaxtilə səhər saat 5.30-da edilib və 9.35-də tibb bacısının cansız cəsədi xəstəxananın yaxınlıqdakı rezidensiyasında tapılıb.

Polisin verdiyi ilkin məlumata görə, söhbət intihardan gedir.

SIRTIQ JURNALİSTİKA

Canlı radioşou zamanı aparıcı xanım Greig özünü Britaniya kraliçası kimi təqdim edib və «nəvəsi ilə danışmaq istədiyini» bildirib.

«The Independent» qəzeti yazır ki, Londonun ən yaxşı şəxsi tibb müəssisələrindən biri sayılan Kral 7-ci Edward xəstəxanası pasiyentlərin şəxsi sirlərini qısqanclıqla qoruyur.
Xəstəxananın rəhbərliyi tibb bacısı Jacintha Saldanha-nı peşəkar, qayğıkeş bir insan kimi təqdim edib və bildirib ki, onun ölümü bütün həmkarlarını sarsıdıb.

Xəstəxananın bəyanatında deyilir ki, tibb bacısı saxta telefon zənginin qurbanı olub.
Bununla belə, xəstəxananın icraçı direktoru John Lofthouse deyib ki, onlar pasiyentlərin məxfiliyinə çox diqqətlə yanaşırlar və telefon zəngləri ilə bağlı protokol yenidən diqqətlə saf-çürük ediləcək.

«Bizim tibb bacılarımız qayğıkeş və peşəkar insandırlar. Onlar jurnalistlərin bu sayaq fırıldaqlarına cavab vermək üçün yox, pasiyentlərə baxmaq üçün təlimatlandırılıblar», - Radioaparıcılar Mel Greig və Michael Christian

Radioaparıcılar Mel Greig və Michael Christian

deyib John Lofthouse .

Kral 7-ci Edward xəstəxanası VIP pasiyentlərin palatasına birbaşa telefon xidməti göstərir. Məhz bu səbəbdən də avstraliyalı DJ-lər baronessanın şəxsi tibb bacısına qədər «çata» biliblər.

Xəstəxana bildirir ki, səhərin həmin saatında kommutator yerində olmadığından zəngi birbaşa tibb bacısı qəbul edib.

Britaniya monarxiyasının rəsmi ünvanı olan Müqəddəs James Sarayı bəyan edib ki, tibb bacısının ölümündən hədsiz mütəəssir olub və xəstəxana barədə heç bir şikayəti yoxdur.

Kral Tibb Bacılığı Kollecinin (Royal College of Nursing) professoru Peter Carter bildirir ki, xanım Saldanha-nın məhz radio tərəfindən ələ salındığına görə intihar etdiyini demək hələ tezdir. Lakin iki hadisə arasındakı zaman yaxınlığı belə mülahizə irəli sürməyə əsas verə bilər.

APARICILARIN HARADA OLDUQLARI BİLİNMİR

Sidney radiostansiyası bəyan edib ki, həmin iki aparıcı qeyri-müəyyən müddətə efirdən çıxarılıb və onların proqramının yayımlanması dayandırılıb.

Radiostansiyanın sahibləri bildiriblər ki, aparıcılar zarafatlarının nəticəsindən şok olublar.
«The Daily Mail» qəzeti «Onun qanı sizin əllərinizdədir» sərlövhəli məqaləsində yazır ki, 2DayFM radiosunun aparıcılarının fotoları hələ də proqramın internet saytını bəzəyir.

Ən son məlumatlara görə, fotolar ordan çıxarılıb.

Bununla belə, aparıcılar bütün dünyadan kəskin tənqid dalğası ilə üzləşiblər.

Qəzetin yazdığına görə, 2DayFm radiosunun rəhbərliyi tibb bacısının ölümündən o qədər sarsılıb ki, aparıcıları bir daha efirə qaytarmaya da bilərlər.

Julia Gillard

Julia Gillard

Radiostansiya həmçinin bildirib ki, iki aparıcının hazırda harada olduqları bilinmir.
«The Daily Mail» yazır ki, Britaniyada minlərlə insan aparıcılar Mel Greig və Michael Christian-ın işdən qovulmasını və cəzalandırılmasını tələb edir.

ZARAFATCIL AVSTRALİYALILAR

Ruslar buna «taleyin zarafatı» deyirlər, lakin iş elə gətirib ki, Avstraliyanın Baş naziri xanım Julian Gillard da bu günlərdə başqa bir radioşouda dekabrın 21-i – «Qiyamət Günü» barədə zarafat edib.

Bu zarafat o qədər uğurlu, bəlkə də uğursuz alınıb ki, onu YouTube saytına yerləşdiriblər.

Avstraliya xalqına radiomüraciətində baş nazir həmvətənlərinə Armaqeddonun gerçək olduğunu bəyan edib və onlara qiyamət günündən salamat çıxmağı arzulayıb.

Əlbəttə, avstraliyalıların əksəriyyəti Julian Gillard-ın yumor hissini başa düşüb. Lakin həmin proqrama gələn reaksiyalar göstərir ki, baş nazir kimi ciddi adama çox ciddi şəkildə inananlar da olub.

Bir Avstraliya qəzeti isə yazır: «Təsəvvür edin ki, belə bir zarafatı Barack Obama etmiş olaydı».

Adam heç təsəvvür də eləmək istəmir…

Şərhləri göstər

XS
SM
MD
LG