Keçid linkləri

Təcili xəbərlər

2013-cü il ölkə siyasəti üçün nə vəd edir?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-

Artıq bu ilə yekun vurmağın və diqqəti növbəti ilin üzərində cəmləşdirməyin vaxtdır. Prinsipcə, heç də hər il siyasətdə yadda qalan bir iz buraxmağa borclu deyil. Zira, seçki illəri, xüsusən də prezident və parlament seçkilərinin təsadüf etdiyi illər məhz belə illər olur, onları uzun müddət xatırlayır, çək-çevir edirlər. Bu mənada növbəti 2013-cü il də məhz belə bir il olacaq. Bəzi diplomatlar və beynəlxalq təşkilatları təmsil edən insanlar, yerli siyasətçilər və təhlilçilər onu digər seçki illəri ilə bir sıraya qoymağa cəhd etsələr də əslində bu, belə deyil: Azərbaycanda növbəti ildə irəliyə deyil, əksinə, geriyə doğru addım atmağı planlaşdırırlar. Təbii ki, ölkənin özündə bunu seçki hüquqlarının genişləndirilməsi, seçicilərin və həm də seçilmək istəyən insanların imkanlarının bir az da artırılması kimi təqdim edirlər.

Amma dünya praktikasına baxanda görürsən ki, belə deyil, iki dəfəlik məhdudiyyət əksər prezident respublikalarında tətbiq olunur. Belə bir deyim var ki, Roma papasından artıq xristian olmaq mümkün deyil. ABŞ-da uzun müddət qeyri-rəsmi olaraq iki dəfəlik məhdudiyyət tətbiq olunmuşdu və F. Roosevelt-dən (F. Ruzvelt) sonra ona hətta hüquqi məzmun, qanun gücü verdilər. İndi hansı nəticə çıxır? Azərbaycan ABŞ-dan daha demokratik ölkədirmi? Yada salaq ki, hətta bəzi parlament ölkələrində belə baş nazirlər üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulur ki, onlar ölkə siyasətini uzun müddətə zəbt edə bilməsinlər. Bir çox ölkələrdə isə deputatların seçilməsi üçün məhdudiyyətlər təklif edirlər ki, parlamentlər yaş tərkibinə görə «qocalmasınlar». Bir sözlə, ölkələr, insanlar yeniliyə can atırlar. Hətta işlər çox yaxşı gedəndə, cəmiyyət razı olanda belə ehtiyat edirlər ki, belə bir hal durğunluğa gətirib çıxara bilər. Bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda durğunluq sabitlik kimi yozulur və hətta inkişafın stimulu, təminatı kimi qələmə verilir. Amma hakimiyyətin «siyasi stajı» artdıqca onun bu «stajı» təmin etmək üçün yürütdüyü siyasət daha çox ifşa və faş olunur. Bu mənada 2012-ci il də yadda qalan oldu. Ölkə bəlkə də belə siyasi sensasiya yaşamamışdı…

AZƏRBAYCANSAYAĞI SEÇKİLƏRİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

Gülər Əhmədova - Elşad Abdullayev
Gülər Əhmədova - Elşad Abdullayev
Bunu «Bu vaxta qədər etiraf olunmayan tərəfləri» kimi yazsaydıq, daha yaxşı olardı, çünki «G. Əhmədova olayı» ölkə siyasətində yeni bir situasiya cızmaq ərəfəsindədir. Artıq YAP-ın sıralarından da xaric edilmiş bu siyasət adamına qarşı yönələn ittihamlar ölkədə seçkilərin təşkili və keçirilməsi ilə bağlı yerli və xarici insanlara böyük material verdi. Açığını etiraf edək ki, müxalifətin bu vaxta qədər seçkilərlə bağlı verdiyi bəyanatlar diqqətlə eşidilmir, qulaqardına vurulurdu. Hər seçkidən sonra beynəlxalq müşahidəçilər yazırdı ki, bəzi pozuntular olsa belə, onlar seçkinin ümumi nəticələrinə təsir etməyib! İndi isə seçki ilə bağlı əsl siyasi qalmaqal baş verdi. Başqa ölkələrdə belə qalmaqallar böyük istefalarla, böyük məhkəmə prosesləri ilə yadda qalardı.

Amma Azərbaycanda nə baş verirsə-versin, heç kim öz halını pozmur. Artıq hamı buna alışıb. Ölkənin qəribəliyi də bundadır: adamlar əslində hər şeyi bilir, faktlar aşkarlananda da özlərini elə aparırlar ki, sanki bu, onlar üçün yox, başqa ölkələrin adamları üçün lazımdır… Bu ölkədə faktların, necə deyərlər, sanksiya gücü yoxdur. Ona görə də «əsrin məhkəməsi» alınmır, halbuki bu vaxta qədər kiçik bir ölkə üçün «əsrin prosesi» olmaq iqtidarında olan bir çox hadisələr baş verib. Hakimiyyət adamları özlərini elə aparırlar ki, məhz elə belə də olmalıdır. Başqa ölkələrin təcrübəsinə nəzər yetirəndə heyrət edirsən ki, cəmiyyət hakimiyyət adamlarının səhvlərinə nə qədər diqqətlidirlər! Bu sətirləri yazanda İsraildə xarici işlər naziri A. Lieberman-la (A. Liberman) baş verən olaylar yada düşdü. Bu olayların necə bitəcəyini indi demək çətindir. Amma görürsən ki, diqqət və nəzarət var, siyasətçilər, necə deyərlər, ictimai nəzarətdən kənarda-vakuumda deyillər, daim ictimai diqqətin fokusundadırlar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG