Keçid linkləri

İranda Facebookda gözlənilməz üzv peyda olub. Bu, ali lider Khameneidir.

“Khamenei.ir” domanli səhifədə 73 yaşlı Ayətullanın şəkilləri və fikirləri yerləşdirilib. Saytın ingilis dilli bölməsi də var.

Maraqlısı odur ki, İranda Facebook və Twitter bağlıdır, bu səhifələrə yalnız İran xaricindən daxil olmaq mümkündür.

Khameneinin Facebook və Twitter səhifələri bir-birinə bağlanıb.

Reuters xəbər verir ki, iranlı mütəxəssislər hər 2 səhifənin Ayətullanın ofisi tərəfindən idarə olunduğuna əmindirlər.
XS
SM
MD
LG