Keçid linkləri

Facebook aksiyalarını birjaya çıxarandan bəri dünyanın bu ən böyük sosial şəbəkəsində kommersiya elementləri artır.

“Wall Street Journal” yazır ki, Facebook pullu message sistemini sınaqdan keçirməyə başlayıb. Hələlik söhbət çox kiçik bir qrupdan gedir. Bu qrupdakı isitfadəçilərə imkan verilir ki, Facebookda dost olmadıqları şəxslərə məktub göndərsinlər. Hər belə messagin qiyməti 1 dollardır.

Eskpertlər hesab edir ki, Facebook hazırda sınaqdan keçirdiyi yeni sistemi gələcəkdə müxtəlif məqsədlər üçün istifadə edə bilər. Məsələn, şirkətlərin öz müştəriləri ilə əlaqəsi üçün.

Facebook isə xüsusi bloqunda yazır ki, yeni yaradılan sistem spam kütləsini azaltmaq məqsədi daşıyır.
XS
SM
MD
LG