Keçid linkləri

Təcili xəbərlər

Fotolara görə İnstaqramı məhkəməyə verirlər


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
İnstaqramla bağlı yaranmış təlütüm haqda artıq xəbər vermişdik. Facebookun bir hissəsi olan bu fotopaylaşma şəbəkəsi gələn ilin yanvarından istifadəçilərin şəkillərindən reklam məqsədi üçün istifadı edəcəyini bəyan etmişdi. Kütləvi etirazlardan sonra, Facebook elan etdi ki, qaydalar dəyişdirilir.

Buna baxmayaraq şirkət məhkəmə qarşısında durmaqdan yayına bilmədi. İnstaqrama qarşı məhkəmə iddiaları arasında o cümlədən müqavilə şərtlərinin pozulması ittihamı da var.

Məhkəmə ərizəsi Amerikanın San Diego şəhərindən olan vəkillər firması tərəfindən təqdim olunub. Şikayətçilərin fikrincə, yeni qaydalara əsasən, İnstraqramı tərk edən istifadəçilər öz fotolarını şəbəkədən silə bilmirlər. İnstaqram cavab verir ki, “forolar bizdədir, deməli praktiki olaraq bizimdir.” – deyə məhkəmə ərizəsində yazılıb.
XS
SM
MD
LG