Keçid linkləri

Sürücüsüz taksilər və...


“The Guardian” yazır ki, Google bu il Las Veqasda sürücüsüz taksilərin istismarına başlayacaq

“The Guardian” yazır ki, Google bu il Las Veqasda sürücüsüz taksilərin istismarına başlayacaq

-

Britaniya mətbuatı 2013-cü ilin yüksək texnologiya gözləntilərindən 5-6-sını seçib.
“The Guardian” yazır ki, Google bu il Las Veqasda sürücüsüz taksilərin istismarına başlayacaq.
Nevada ştatı dövlət magistrallarında kompüterlərlə idarə olunan maşınlar üçün lisenziyanı artıq rəsmən təsdiqləyib. Las Veqasın sürücüsüz taksiləri üçün lisenziyaların şərikli sahibləri Google və Continental-dır.
Bu taksilərin xidmət qiyməti xeyli aşağı olacaq, çünki birincisi, bu, hələ ki, sərgi və reklam xarakterli təşəbbüsdür, ikincisi, Google Nevada taksi sürücüləri həmkarlar ittifaqının reaksiyasını izləyəcək.
GOOGLE “EYNƏKLƏRİ”
Google Glass

Google Glass

Yeni Google Glass “eynəkləri” üçün sifarişlər artıq ötən iyundan alınıb və 2013-cü ilin əvvəllərindən istehsala buraxılacaq. Bu, eynək kimi taxılıb gəzdirilən Android smartphone kimi bir şeydir.
“Eynəklər” Google Map və başqa proqramlarla təchiz edilib. Əslində, bu “eynəklərin” şüşələri olmayacaq, əvəzində sağanağın sağ tərəfinə kiçik monitor bərkidiləcək. Tutumlu batareya sağ qulağın arxasında gizlənəcək.
İlk sınaq dəstlərinin qiyməti 1500 dollar civarındadır. Ancaq kütləvi istehsalına 2014-də başlanacaq Google Glass daha ucuz olacaq.
SUPERSÜRƏTLİ BROADBAND
4G və LTE kimi tanınan bu sistemlər ABŞ-da bundan əvvəl də populyar idi, indi isə üzü Avropaya doğru yayılır.
Britaniyada “Everything Everywhere” adlı sistemi Orange və T-Mobile şirkətləri artıq ötən oktyabrdan təklif edirlər, lakin başqa mobil telefon operatorları bunu 2013-cü ilin yayından dövriyyəyə buraxacaqlar.
Sürətli Broadband əlaqəsi telefonlarında əsasən, videolara baxmağı və oyun oynamağı sevənlər üçün nəzərdə tutulub.
Ancaq burası da var ki, əl telefonunuzu dəyişməli olacaqsınız. Çünki bu sistem bəzi şəbəkələrdə və bəzi ölkələrdə işləməyə bilər.
CINQIRI ÇIXMAYAN MOTOSİKLETLƏR
Mətbuat yazır ki, getdikcə populyarlaşan elektrik avtomobilləri 2013-cü ildə də adi yanacaqla işləyən rəqibləri ilə sürət yarışına girə bilməyəcəklər, hərçənd meydana elektriklə işləyən motosiklet və mopedlər çıxacaq.
Belə güman edilir ki, bunların əsas alıcısı Çin olacaq.
Ən mühüm başqa məsələ budur ki, elektrik motosikletləri yanacaqla işləyən motosikletlərin zəhlətökən səsini çıxarmayacaq. Deyirlər ki, onların ümumiyyətlə səsi olmayacaq.
BAŞIMIZ ÜZƏRİNDƏ DRONLAR ARI KİMİ QAYNAŞACAQ
Droidair

Droidair

Şəxsi şirkətlərin yaşayış ərazilərində kameralı dronlardan – pilotsuz uçan qurğulardan istifadəsi hələ də qadağandır, lakin 2013-cü ildə bu yasağın ən azı ABŞ və Britaniyada ləğv olunacağı gözlənilir.
Beləliklə, təhlükəsizlik firmaları istədikləri şəxsləri rahatca izləyəcək, paparazzilər isə məşhurları motosikletlərlə qovmaq əvəzinə evdə oturub, monitorlarında vertolyot-dronları idarə edəcəklər.
OYUN KOMPÜTERLƏRİ GÖZDƏN DÜŞƏCƏK
Windows 8-in qeyri-populyar olması və kompüter oyunları nəhəngi Steam-in yeni Linux xidməti qarşıdan gələn ildə oyun kompüterlərinin bazarını öldürəcək.
Mətbuat yazır ki, əvvəlcə onların satışı düşəcək, daha sonra isə tədricən joypad-in yerini adi “klaviatura və mouse” zəbt edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG