Keçid linkləri

Təcili xəbərlər

Amerikada 2012-ci ilin sözü - «Hashtag»


-

Amerika Dialektologiya Cəmiyyəti 2012-ci ilin sözün müəyyənləşdirib.

Cəmiyyətin səs verməsinə görə, 2012-ci ilin sözü «Twitter» Sosial Şəbəkəsində bir mövzunu birləşdirən «açar söz» mənasını verən «Hashtag» sözü olub.

İlin sözü Cəmiyyətdə işləyən linqvistiklərin, filoloq, etimoloq, leksikoloqların və digər dil müətəxəssislərinin rəyinə görə müəyyənləşdirilir. Onlar il ərzində amerikalıların ən çox işlətdiyi söz və ya söz birləşməsində səs verirlər.

2012-ci ilin sözü olmaq uğrunda həmçinin, müğənni PSY-ın rekord vuran mahnısının adı «Gangam style», bircə dəfə yaşayırsan sözünün qısaltması «YOLO-You only live once», dövlətə gəlir vergisi ödəməyən əhalinin faizi olan «47 percent» sözləri də «mübarizə aparıb».

Dialektologiya Cəmiyyətinin seçiminə görə, 2011-ci ilin sözü etiraz aksiyalarının adından götürülmüş «occupy» (işğal et), 2010-cu ilin sözü daha çox proqram tətbiqində işlədilən «app», 2009-cu ilin sözü isə «Twitter» Sosial Şəbəkəsində yazmaq mənasına gələn «tweet» sözü olub.

Ən son yazılan

XS
SM
MD
LG