Keçid linkləri

-
Ötən il kiber fırıldaqçılar aləmində fəallıq azalmayıb ki, artıb. Yeni viruslar aşkar edilib, parolların ələ keçirilməsi, hackerlərin online bank hesablarından pul oğurlaması halları çoxalıb.

Ekspertlər 2013-cü ildə daha bir cinayətkarlıq növünün artacağından ehtiyyat edirlər. İndi hackerlər smart TV sistemlərinə də böyük maraq göstərməyə başlayıblar.

Müasir evlərdə belə televiziyalar kömpüter, telefon, Blu-ray video oyunları və sair avadanlıqlarla eyni şəbəkədə birləşir.

Onların çoxunda Java proqramları istifadə olunur. Ekspertlər Java proqramlarında təhlükəsizliyi zəiflədən bir sıra nöqsanların olduğunu dəfələrlə qeyd ediblər.

Odur ki, insanların virtual dünyasına indi də televizorlar vasitəsilə müdaxilə etmək imkanı yaranır və artıq ilk belə cinayətkarlıq halları da qeydə alınıb.
XS
SM
MD
LG