Keçid linkləri

-
Rusiya oliqarxının vətəndaş nikahında olan keçmiş arvadı Elena Gorbunova birgə yaşayışdan ona çatacaq 200 milyon funt sterlinqi almaq üçün Berezovsky-nin əmlakının dondurulmasına çalışır.

«The Independent» yazır ki, Elena Gorbunova cənab Berezovsky-dən hələ keçən il ayrılıb. Hərçənd hələ bundan sonra da oliqarxın başqa bir oliqarx – «Chelsea» Futbol Klubunun sahibi Roman Abramovich-lə uğursuz məhkəmə çəkişməsində zalda onunla yanaşı oturmuşdu.

BEREZOVSKY-NİN PUL ÇƏTİNLİYİ VAR?

Ailəsi ilə uzun müddətdir ki, Britaniyada mühacir kimi yaşayan Boris Berezovsky onun iki uşağının anası Gorbunova ilə çəkişməsinin məxfi saxlanmasına çalışırdı. Lakin hakim bu işin ictimaiyyət üçün açıq olacağı barədə hökm oxuyub.

Xanın Gorbunova oliqarxın mülkiyyətinin 200 milyon funt sterlinqlik hissəsinin dondurulmasını tələb edir ki, məhkəmə qərarı olarsa, bu pulu ondan ala bilsin.
Lakin Britaniya Ali Məhkəməsinin hakimi, bu ölkədə hakimlərə xas olan yumor hissi ilə bildirib:

«Cənab Berezovsky-nin təqdim etdiyi məktubdan belə görünür ki, onun bir az pul sıxıntısı var. Bu vəziyyətdə xanım Gorbunova-dansa kreditorlarına olan başqa borclarını ödəməyə üstünlük verə bilər».

Beləliklə, Boris Berezovsky-nin 200 milyon funt sterlinqlik mülkiyyətinin dondurulması barədə dekabrda qəbul olunmuş ilkin qərar qüvvədə saxlanıb.

Roman Abramovich

Roman Abramovich

Hakim dəqiq açıqlama verməsə də, bildirib ki, söhbət ilk növbədə İngiltərə və Fransada olan mülkiyyətdən gedir.

MƏHKƏMƏNİN AÇIQ KEÇİRİLMƏSİNƏ MEDİA NAİL OLUB

Biz indi bu sətriləri ona görə oxuya bilirik ki, məhkəmə dinləmənin məxfi aparılması barədə Berezovsky-nin xahişini rədd edib.

Cənab Berezovsky məxfiliyi ona görə istəyirmiş ki, xanım Gorbunova ilə ortaq iki uşağı bundan təsirlənməsin.

Lakin belə mülahizələr də var ki, oliqarx bu dinləmədə ortaya çıxacaq məlumatların Rusiya mətbuatına sızmasından narahatdır.

Bununla belə, hakim iki media təşkilatı – «Press Association» xəbər agentliyinin və «Financial Times» qəzetinin təqdimatı ilə məhkəmənin açıq keçiriləcəyi barədə hökm çıxarıb.

Ötən il Berezovsky Roman Abramovich-ə qarşı 3 milyard funt sterlinqlik iddiasında məğlub olub. O vaxt hakim Gloster onu «müəmmalı, etibarsız şahid» adlandırmış və «bilərəkdən yalan danışdığını» söyləmişdi.
XS
SM
MD
LG