Keçid linkləri

-
İranın kosmosa meymun göndərməsi barədə zəfərli xəbərləri Qərbdə əvvəllər də şübhə doğururdu. İndi isə bu şübhələr daha da artıb.

İranın kosmosa göndərdiyi meymunun uçuşdan əvvəl və sonrakı şəkilləri yanaşı qoyulduqda, iki primatın bir-birindən fərqi danılmaz görünür.

«The Independent» qəzeti yazır ki, bu həftənin əvvəllərində İran orbitaltı yüksəkliyə içində meymun olan modul göndərdiyini böyük təntənə ilə xəbər vermişdi. Ölkə mediası isə bu hadisəni Tehranın kosmos yarışına daxil olmasının ilk addımı kimi qiymətləndirmişdi.
«Pişqam» raketi

«Pişqam» raketi


Xarici müşahidəçilər isə bildirirdilər ki, İran bununla Qərbə sanksiyalar şəraitində də texnologiyaları inkişaf etdirə bilmək qabiliyyətini sübut etməyə çalışır.

İranın Müdafiə naziri Ahmad Vahidi «Pişqam» (Pioner) raketi ilə meymunlu uçuşu kosmosun fəthində ilk addım adlandırmış, «kosmonavt»ın səhhəti ilə maraqlananlara isə onun kefinin saz olduğunu bildirmişdi.

TEHRAN SAXTAKARLIQ EDİB?

Lakin indi ən azı Qərbdə «Pioner»in taleyi ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, meymunun uçuşdan əvvəlki şəkli ilə enişdən sonrakı şəkli arasında böyük fərqlər aşkar edilib.

Qərb mətbuatı yazır ki, söhbətin iki ayrı-ayrı meymundan getməsi daha real görünür.
Uçuşdan əvvəl çəkilmiş Uçuşdan əvvəl çəkilmiş İranın «kosmonavt»ıxİranın «kosmonavt»ı şəkildə meymunun alnında böyük qırmızı xal görünür, ikinci şəkildə isə xal artıq yoxa çıxıb

Uçuşdan əvvəl çəkilmiş İranın «kosmonavt»ıxİranın «kosmonavt»ı şəkildə meymunun alnında böyük qırmızı xal görünür, ikinci şəkildə isə xal artıq yoxa çıxıb

​ şəkildə meymunun alnında böyük qırmızı xal görünür, ikinci şəkildə isə xal artıq yoxa çıxıb.

Meymunun fəzada İslam Respublikasının düşmənləri tərəfindən dəyişdirilməsi kimi ağlabatmaz ehtimal nəzərə alınmazsa, gəlinəcək nəticə budur ki, Tehran saxtakarlığa əl atıb.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, İran televiziyaları raketin uçuşunu, meymunun foto və video görüntülərini yayımlasalar da, dönüş süjetlərində yalnız bir-iki foto göstərilib.

Qərb mətbuatına görə, modulun yerə qayıtdığını göstərən sənədli faktların olmaması və iki meymunun fərqi ən azı bir nəticəyə gəlməyə əsas verir: «Pioner»də meymun olubsa da, həlak olub.

Şərhləri göstər

XS
SM
MD
LG