Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda Facebook aya 4 faiz sürətilə yayılır


Azərbaycanda Facebook istifadəçilərinin sayı 996 minə çatıb.
Son bir ayda Azərbaycanda Facebook istifadəçilərinin sayı 4% artıb.

Sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers»in son məlumatına görə, axırıncı 6 ayda Azərbaycanda Facebook istifadəçilərinin sayı 16,6% artıb.

Bu isə 142 min yeni istifadəıçi deməkdir.

Yeni hesabatda Azərbaycan 213 ölkə və ərazi arasında 82-ci yerdədir.
Azərbaycan bir ayda 2 pillə yuxarı qalxıb.

Gürcüstan 85-ci, Ermənistan 113-cü yerdədir.

Facebook istifadəçilərinin sayına görə dünyada birinci yerdə ABŞ-dır- 164 milıyon.

2-ci yerdə 65 mln. istifadəçi ilə Braziliya, 3-cü yerdə 61 mln. istifadəçi ilə Hindistandır.

Ən son yazılan

XS
SM
MD
LG