Keçid linkləri

Təcili xəbərlər

Təhsil nazirinin plaqiata görə elmi adı əlindən alındı


Annette Schavan
Annette Schavan
Düsseldorf universitetinin fəlsəfə fakültəsi Almaniyanın 57 yaşlı təhsil və araşdırmalar naziri Annette Schavanın 30 il əvvəl müdafiə etdiyi fəlsəfə doktorluğu (namizədlik) dissertasiyasının etibarsız sayılması barədə qərar qəbul edib.

Qərara əsasən, nazir aldığı elmi dərəcədən də məhrum edilib.

Almaniya təhsil nazirinin dissertasiyası ətrafında qalmaqal 2012-ci ilin mayında başlanıb.

O zaman Annette Schavanın 1980-cı ildə namizədlik dissertasiyasını yazarkən plagiata yol verdiyi barədə ittihamlar irəli sürüldü.

Bu iddiaları araşdırmaq məqsədi ilə Annette Schavanın elmi dərəcə aldığı Düsseldorf universitetinin fəlsəfə fakültəsinin dekanı Bruno Blekmann xüsusi komissiya yaratdı.
İlin sonunda komissiya araşdırmanın nəticələrini şuraya təqdim edib.

Fakültə şurasının keçirdiyi gizli səsverməsinin nəticələrinə əsasən, 12 səs “lehinə”, 2 səs “əleyhinə” və 1 nəfər “bitərəf” olmaqla Şura qəti olaraq Annette Schavanın namizədlik dissertasiyasını etibarsız sayıb və onu fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsindən məhrum edilməsi barədə qərar qəbul edilib.

Dekanın sözlərinə görə, Annette Schavanın yaxın 4 həftə ərzində qərara etiraz bildirmək hüququna malikdir.

Təhsil naziri bütün ittihamları inkar edib və tutduğu vəzifəni tərk etmək niyyətində olmadığını bildirib.

Qızğın mübahisələr doğuran namizədlik dissertasiyasının mövzusu “Şəxsiyyət və Vicdan” olub.

Ən son yazılan

XS
SM
MD
LG